Icma.az
close
up
RU
Ad günü məclisi YASA DÖNDÜ: 21 manata görə dostunu öldürdü TƏFƏRRÜATLAR

Ad günü məclisi YASA DÖNDÜ: 21 manata görə dostunu öldürdü TƏFƏRRÜATLAR

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il aprelin 4-də Bakının Nəsimi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Alı Mustafayev küçəsi, 29 ünvanında baş verib. Təcili Tibbi Yardım avtomobilində xərəkdə uzanmış kişi meyitinin döş qəfəsində bıçaq yaralarının olması müəyyən edilib. Axtarış zamanı meyitin üzərindən şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar edilib.
Həmin gecə 1984-cü il təvəllüdlü Rabil Qasımov hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılıb.
Televiziya kanalları və informasiya portalları məlumat yayıblar ki, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil Qasımov onu öldürüb. Əslində isə bu xəbər öz təsdiqini tapmayıb.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 4-də Alı Mustafayev küçəsi, 29 ünvanınında yerləşən kafedə Rabil Qasımov, Bəhruz Quliyev və Rəşad Qasımov tanışları Şükür Səfərovun ad gününü qeyd ediblər. Rabil orta dərəcəli sərxoş vəziyyətdə ordan çıxıb gedərkən aralarında yaranan mübahisə zamanı Bəhruz Quliyev onu təhqir edib və üzünə yumruqla zərbələr vurub. Dostuna fiziki cəhətdən gücü çatmadığını görən Rabil Qasımov qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Bunun üçün o, yaxınlıqda saxlanılan idarə etdiyi “Hyundai” markalı avtomobildən bıçağı götürüb və Bəhruz Qulievə 3 dəfə zərbə endirib. Nəticədə B. Quliyev ölüb.


İş üzrə dindirilmiş Rabil Qasımov bildirib ki, 4-cü mikrorayonda, 20 Yanvar küçəsi, 29 ünvanında yaşayıb. Sakit təbiətli insan olsa da, pandemiya dövründə işsizlik və sıxıntıdan əsəbləri pozulub:

“Bəhruz Quliyevlə 19 nömrəli orta məktəbin yanında fəaliyyət göstərən kafedə tanış olmuşduq. Həmin obyekti icarə əsasında tanışım Rəşad Qasımov  işlədirdi. Aprelin 4-ü saat 20 radələrində dostlarımla görüşmək üçün ora getdim. Mənim təşəbbüsümlə Bəhruz, Rəşad və Şükürlə birlikdə, Şükürün ad gününü qeyd etməkdən ötrü kafeyə gedib yeyib-içdik. Ordan çıxıb, söhbət edə-edə gedərkən Bəhruzla aramızda mübahisə yarandı. Belə ki, tanışım məndən borca götürdüyü 21 manat pulu gec qaytardığı üçün gileyləndim, Bəhruz isə cavab olaraq məni və ailəmi söydü. Bir-birimizin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olduq. Bəhruz üzümə yumruqla güclü zərbələr vurdu. Onu qorxutmaq üçün sürdüyüm avtomobilə doğru qaçdım. Qapının saxlanc yerindən götürdüyüm açılıb-bağlanan bıçaqla ağır söyüşlər söyməkdə davam edən Bəhruza yaxınlaşdım.

Rabil Qasımov

Şükür Bəhruzu tutub kənara çəkməyə çalışsa da, o sakitləşmirdi. Bəhruzun döş qəfəsinə zərbə endirdim. Yaralanan tanışım tikilməkdə olan çoxmərtəbəli binanın sağ tərəfinə qaçdı. Onun arxasınca qaçdıq. Bəhruzun bir az irəlidə yıxılıb üzüstə uzanıqlı vəziyyətdə qaldığını gördük. Silkələyib onu çağırsam da, səsi çıxmırdı. Rəşad qışqıraraq Bəhruzu tez xəstəxanaya çatdıraq dedi. Amma mən evimə gəlib və atama adam adam bıçaqladığımı bildirdim. 5-10 dəqiqəyə qayıdacağımı söyləyərək yenidən evdən çıxdım. Taksiyə oturub, sürücüyə Novxanı qəsəbəsinə sürməsini dedim. Yolda olanda atam zəng edib polis əməkdaşlarının məni axtardığını xəbər verdi. Masazır qəsəbəsi yaxınlığında sürücüyə maşını saxlamasını dedim və bıçağı atdım. Yarım saatdan sonra yaşadığım ünvana çatanda, binanın həyətində polisləri gördüm”.


Şahid İlham Vəliyev bildirib ki, binanın yaxınlığından səs-küy eşidib. Orda Rəşad, Şükür, Rabil və Bəhruz adlı şəxslərin mübahisə etdiklərini görüb:

“Nalayiq ifadələrdən istifadə edilirdi. Rəşadla Şükür nalayiq ifadələr işlədən dalaşanları aralamağa çalışırdılar. Daha sonra hamısı Bəhruzun arxasınca qaçdı. Yaralanan şəxs müvazinətini itirərək yerə yıxıldı. Yaxınlaşanda, onun sinəsindən qan gəldiyini gördüm. Şükür 103 xidmətinə zəng etdi, amma Təcili tibbi yardım maşını gec gəldiyindən Bəhruzu tanımadığım şəxsin avtomobilinə qoyub xəstəxanaya apardılar. Yolda Təcili yardım maşını ilə rastlaşdıq. Müayinə edən həkimlər Bəhruzun öldüyünü bildirdilər”.


Şahid Emin Cabbarov bildirib ki, bir ildən artıqdır Rəşad Qasımovun işlətdiyi çay evində ofisiant işləyib:

“Aprelin 4-də axşam Bəhruz Quliyev çayxanaya gəlib 21 manat pul verərək məndən həmin məbləği borclu olduğu Rabil Qasımova çatdırmağımı xahiş etdi. Bir müddətdən sonra Rabil içəri daxil olaraq Rəşadgilin oturduğu masada əyləşdi. Yaxınlaşıb pulu Rabilə verdim. Daha sonra müştərilər çox olduğundan başım işə qarışdı. Səhərisi gün işə gələndə, Rabilin Bəhruzu öldürdüyünü bildim”.


Mərhumun telefonuna baxış keçirərkən, aprelin 1-də və 2-də Rabil Qasımovdan gələn zənglərə Bəhruz Quliyev tərəfindən cavab verilməməsi müəyyən edilib.
Məhkəmə-psixiloji ekspertizasının rəyinə görə, Rabil Qasımov hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini idarə etmək iqtidarında olub. O anlaqlı hesab edilib. 
Məhkəmə iclasında Rabil Qasımov ittiham üzrə özünü təqsirli bilib. Əməlindən peşman olduğunu qeyd edib.


Zərərçəkmiş şəxsin hüquqi varisi Laləzar Quliyeva ifadəsində göstərib ki, aprelin 5-nə keçən gecə qardaşıoğlu Elçin Həsənov onlara gələrək Bəhruzun öldürülməsi haqda məlumat verib. O, Rabil Qasımovla barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirib.


Məhkəmə mövcud hallara qiymət verərək Rabil Qasımovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rabil Qasımov 9 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri