Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ad günü məclisindən sonra qanlı cinayət: 35 yaşlı oğlan əmisini bıçaqladı

Ad günü məclisindən sonra qanlı cinayət: 35 yaşlı oğlan əmisini bıçaqladı

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Saatlı rayonunda 1990-cı il təvəllüdlü Sücəddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi Camaləddinə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 yanvar 2023-cü ildə, saat 20 radələrində baş verib. Sücəddin yaşadığı Saatlı rayonunun Azadkənd kəndində əmisi Camaləddinin evinin qonaq otağında ondan qonşuluqda olan yas mərasiminə getməsini istəməməsi səbəbindən orta dərəcəli sərxoş vəziyyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi cıb bıçağı ilə qəsdən bir dəfə döş qəfəsinin ön hissəsindən vurub. 
Hadisəni törədən Sücəddinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sücəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayır: 
“Əvvəllər evli olmuşam, təxminən iki ilə yaxındır ki, rəsmi olaraq boşanmışam. İki azyaşlı uşağım anası ilə birlikdə yaşayır. Mən isə hər ay keçmiş arvadım Mədinəyə 240 manat aliment ödəyirəm. Keçmiş arvadım Mədinə iki uşaqla birlikdə Bakı şəhərində yaşayır. Saatlı rayonun Azadkənd kəndində olan evim məlum hadisədən 4-5 ay əvvəl tam yandığından həmin vaxtdan Azadkənd kəndində əmim Cəmaləddinin evində yaşayıram. Əmimin evində məndən başqa onun ailəsi də yaşayır”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2-ci Qarabağ müharibəsindən sonra xəstəliyi ilə bağlı mütəmadi olaraq Bakı şəhərində və Salyan rayonunda psixiatriya xəstəxanalarında müalicə alıb: 
“14 yanvar 2023-cü ildə  pensiya verildiyi üçün kənddən çıxaraq Saatlı şəhərinə gəldim və pensiyasını bankomatdan çıxardıqdan sonra Saatlı şəhər bazarında özüm üçün müxtəlif geyim paltarları aldım. Sonra Bakı şəhərində yaşayan övladlarıma müəyyən paltarlar almaq üçün kəndə qayıtmayaraq Saatlı rayonundan taksi kimi fəaliyyət göstərən avtomobillə Bakı şəhərinə getdim. Orada uşaqları üçün paltarlar alaraq verdim. Sonra Bakı şəhərində yaşayan bacım Samirənin evinə gedərək orada qaldım”. 
Sücəddin bildirib ki, yanvarın 15-də Azadkənd kəndinə qayıdıb: 
“Həmin gün əmim Camaləddinin ad günü olduğunu bildiyim üçün evə gedərkən bir butulka araq və sala aldım. Saat 14 radələrində evə çatdım. Həmin vaxt əmim evdə olmayıb. Təxminən 5 dəqiqə sonra əmim Camaləddin evə gəldi və birlikdə ikimiz Camaləddinin ad gününü qeyd edərək yemək yedik, spirtli içki içdik. Yeyib içdikdən sonra çox sərxoş vəziyyətdə olan əmim Camaləddin həyətə düşərək su motorunun şlankını sındırdığını dedi. Mən çox sərxoş vəziyyətdə olan əmim Camaləddini sakitləşdirdim, “narahat olma özüm hamısını alıb düzəldəcəm” dedim. Sonra özüm su motorunun gidrafon ilə birləşən hissəsinin sındığını gördüm. Əmim evə daxil olduqdan sonra saat 17 radələrində əmim oğlu Röyalla birlikdə Taleh adlı şəxsin avtomobili ilə Fətəlikənd kəndinə gedərək oradan lazım olan plastik qoşqu və onları birləşdirmək üçün lazım olan ütünü aldıq. Evə qayıdarkən əmim Camaləddin mənə ad gününə görə qudasının qonaq gələcəyini dediyi üçün Azadkənd kəndində Qalib adlı şəxsin mağazasından toyuq və araq alaraq evə getdim. 
Evə qayıtdıqdan sonra hava qaraldığı üçün əmimə dedim ki, gecdir, matoru düzəldə bilməyəcəyim, sabaha qalsın. Bu vaxt əmim arvadı Sənubər, qudalarıgilin gəlməyəcəyini, çünki Camaləddinin sərxoş olduğunu dedi. Lakin Camaləddin yenə də yeyib içmək istədi. Mən də onun könlü xoş olsun deyə Sənubərə aldığım toyuğun birini tabaka elə, yeyib içək dedim., Sənubər də tabakanı bişirən vaxt Camaləddin oğlu Röyala “işə görə Fuadın sənə verdiyi 30 manat pulu neyləmisən?” deyə soruşduş Röyal da “30 manat nə puldu ki, xərcləmişəm” dedi. 
Röyalın bu sözündən sonra Camaləddin sərxoş vəziyyətdə olduğu üçün yumruqla evinin içində Röyalın sifət nahiyəsinə vurdu və zərbədən Röyal yerə yıxıldı. Sonra Camaləddin üstümə cuman zaman dərhal onu əllərim ilə qucaqlayaraq oradan kənarlaşdırdım, Sənubərə verdim. Röyalı yerdən qaldıraraq evin həyətinə düşürtdüm. Sonra Röyalın hara getdiyini bilməmişəm. Ara sakitləşdi və mən evin qonaq otağında Camaləddin ilə tabaka yeyib içki içərkən onun Röyal ilə belə rəftar etdiyinə, onu vurduğuna görə danladım. Bu sözlərimə Camaləddin sərt cavab verdi. Ona dediyim sözlərdən belə başa düşdüm ki, əmim Sənubəri mənə qısqanır. Mən bunları onun sözlərindən başa düşdüm. Lakin hazırda konkret hansı sözlər dediyini demək istəməmişəm. Bundan əlavə Camaləddin həmin vaxt ünvanıma da nalayiq sözlər, eləcə də mənim kişi olmadığımı dedi. Sonra da aramızda mübahisə yarandı. Mən həmin mübahisəyə görə, həm də xəstəliyim ilə bağlı bundan sonra olanları, yəni necə Camaləddini vurduğum anı xatırlamamışam. Mən bir də onda özümə gəldim ki, Sənubər Camaləddinin qarnındakı yaranı sarıyır. Mən bunu görərək dərhal istifadə etdiyim mobil telefonla 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırdım. Təcili tibbi yardım avtomobili həyətə gəldikdən sonra özüm şəxsən Camaləddini həmin avtomobilə mindirdim və özüm də həmin avtomobilə oturarkən evdən özümə aid olan əşyaları da sellofan paketə yığdım, özüm ilə götürdüm. Təcili tibbi yardım avtomobili ilə Saatlı rayon mərkəzi xəstəxanası istiqamətində gedərkən rayon polis şöbəsinin qarşısında avtomobilin sürücüsü avtomobili saxladı. Oradan polislər məni avtomobildən düşürərək polis şöbəsinə apardılar. Daha sonra polislər təcili tibbi yardım avtomobili ilə məni Maştağa kəndindəki xəstəxanaya apardılar. Hazırda da həmin xəstəxanada müalicə alıram”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə anını, yəni əmisi Camaləddini bıçaqla necə vurduğunu sərxoşluğuyla bağlı deyil, xəstəliyi ilə bağlı dəqiq xatırlaya bilməsə də, əmisi Camaləddini bıçaqla xəsarət yetirib: 
“Əmimə neçə dəfə bıçaqla zərbə vurduğumu bilməmişəm. Hadisə zamanı əmim Camaləddini vurduğum bıçağı əmim Camaləddini təcili tibbi yardım avtomobilinə mindirərkən özüm ilə götürmüşəm və polislər məni həmin avtomobildən düşürərək polis şöbəsinə apararkən məndən bıçağın harada olduğunu soruşublar. Mən də həmin bıçağı cibimdən çıxararaq könüllü olaraq polis əməkdaşlarına təqdim etdim. Həmin bıçağı yanvarın 15-də Bakı şəhərindən kəndə qayıdarkən Fətəlikənd kəndində səyyari alver edən tanımadığım şəxsdən 4 manata almışam. Həmin bıçaq qatlanan kiçik ölçülü cib bıçağı olub.  
Həmin mübahisəni və Camaləddini bıçaqla vurmağımı yalnız həmin vaxt evdə olan Sənubər görüb. Başqa heç kim görməyib. Həmin vaxt Röyal evdə olmayıb. Mən özüm hadisədən sonra zəng edərək Röyala “atanı bıçaqla vurub xəsarət yetirmişəm gəl” demişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Camaləddinin sözlərinə görə, onu bıçaqla xəsarət yetirmiş Sücəddin qardaşı oğludur və onunla münasibətləri həmişə yaxşı olub: 
“Psixi xəstəliyi ilə bağlı Sücəddin daim xəstəxanalarda müalicə alıb. Həmçinin Sücəddin əvvəllər evli olub, sonradan rəsmi olaraq boşanıb və tək yaşayıb. Təxminən bir il əvvəl Sücəddinin yaşadığı Saatlı rayonun Azadkənd kəndində yerləşən evi tam yandığından və qalacağı yer olmadığına görə Sücəddin həmin vaxtdan mənim evimdə yaşayıb. Bəzən Bakı şəhərinə getsə də, rayonuna qayıdan vaxt mənim evimdə qalıb. Sücəddinin psixi vəziyyəti yaxşı olmadığına görə, o, anormal hərəkətlərə yol verib. Bunu da ətrafında olanlar qəbul etməyiblər”. 
Camaləddin bildirib ki, 14 yanvar 2023-cü ildə, səhər saatlarında Sücəddin evə gələrək sənədlərini götürüb və Bakı şəhərinə gedib: 
“Yanvarın 16-da mənimlə qonşuluqda yaşayan, həmçinin Sücəddinin keçmiş ailəsinin qohumlarının evində hüzr mərasimi olacağından və Sücəddinin kənddə olarsa həmin hüzürə gedərək orada mübahisə edəcəyindən narahat oldum. Yanvarın 15-də ad günüm olduğundan dostları milə evdən kənarda ad günü keçirərək bir qədər spirtli içki qəbul etdim, saat 16 radələrində yaşadığım evə geri qayıdan zaman Sücəddinin Bakıdan geri qayıtdığını, evdə qonaq otağında oturaraq yemək yeyə-yeyə spirtli içki qəbul etdiyini gördüm. 
Həmin vaxt oğlum Röyal da Sücəddinin yanında olub. Sonra Röyal gəldiyimi görərək qonşuluqda keçirilən hüzr yerinə getdi. Mən Sücəddindən nəyə görə qısa zaman içində Bakıya gedib-qayıtdığını soruşdum. Sonra ona xəstəliyi ilə bağlı araq içməməsini dedim. Həmçinin ona spirtli içki qəbul edən kimi vəziyyətinin daha da pisləşəcəyini və dava-dalaş edəcəyini bildirdim. Bu sözümdən sonra Sücəddin yerindən qalxaraq mənimlə zarafat edə-edə “əmi narahat olma hər şey yaxşı olacaq” sənin ad gününə gəlmişəm sabah qayıdaram” deyərək mənimlə birlikdə yemək-yeyib spirtli içki qəbul etməyə məcbur etdi. Mən də Sücəddinlə bir-iki rumka araq içdim. Sonra Sücəddinin artıq sərxoş olduğunu hiss edərək ondan içməməsini tələb etdim. 
O, da daha araq içmədi. Həmin gün həyətyanı sahədə olan su motorunun şlank hissəsi qırıldığından Sücəddin evdən gedərək müəyyən avadanlıqlar aldı və geri qayıtdıqdan sonra hava qaraldığı üçün həyətdə işləyə bilmədi, səhəri gün düzəltmək qərarına gəldi. Biz birlikdə yenidən evə televizora baxmaq üçün getdik. Həmin vaxt Sücəddin yenidən məni yeyib-içməyə məcbur etdi. Biz yenidən masaya əyləşərək yemək yedik, spirtli içki qəbul etməyə başladıq. Həmin vaxt özüm yalandan olsa da, rumkanı qaldıraraq yerə qoydum. Lakin Sücəddin isə araq içdi”. 
Zərərçəkmiş qeyd edib ki, bir qədər sonra ona Sücəddin səhəri qonşuluqda olacaq hüzr mərasimi üçün çadır qurulmasına gedərək köməklik edəcəyini deyib: 
“Mən isə Sücəddinə ora getməməsini bildirdim. Fikirləşdim ki, Sücəddin həmin həyətə getsə, orada xoşagəlməz halların baş verə bilər. Bu sözümdən sonra Sücəddin nalayiq formada mənə cavab verdi və əsəbi halda onun işinə qarışmamağımı bildirdi. Daha sonra aramızda mübahisə yaranmağa başladı. Bir-birimizlə söyüşlə danışdıq. Sonra Sücəddini sakitləşdirməyə çalışsam da, Sücəddin əksinə anormal hərəkətlər edərək otaqdan çölə çıxdı. Mən də onun arxası ilə çölə çıxdım. Həyətdə Sücəddinin irəli-geriyə hərəkət etdiyini görərək ona yaxınlaşdım, xoş rəftar edərək Sücəddinə, evə gəl, birlikdə televizora baxaq dedim. Bu sözümdən sonra Sücəddin evə gələrək otaqda masanın baş hissəsindəki oturacaqda əyləşdi. Mən də divanda əyləşərək birlikdə televizora baxa-baxa Sücəddinə, içkili vəziyyətdə yox, yatıb səhər hüzr yerinə getməsini bildirdim. Həmin vaxt Sücəddin yenidən ayağa qalxaraq əlində olan kiçik bıçaqla yanıma gəldi, mənim baş nahiyəmi qucaqlayaraq zarafat kimi hərəkətlər etdi. Sonra əlindəki həmin bıçaqla sinə hissəmə bir dəfə vurdu. 
Mən Sücəddinə “nə edirsən ay bala” deyərək ayağa qalxdım. Bu zamana Sücəddin əlindəki bıçaqla yenidən qarın nahiyəmə vurdu. Mən bıçağın qarnıma girdiyini hiss etdim. Sonra nə baş verdiyini tam xatırlamadım. Bundan sonra Sücəddin ağlaya-ağlaya “əmi mən nə etdim” deməsini eşidərək məni sakitləşdirməyə çalışdı. Həmin vaxt qarnımdan qan axdığını gördüm. Daha sonra səsə arvadım Sənubər gəldi və mənim Sücəddin tərəfindən bıçaqlandığımı gördü”. 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Sücəddin Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. 
Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. 
Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 1 saylı Ruhi-Əsəb Dispanserinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri