Icma.az
close
up
RU
Ad günündən əbədi ayrılığa Şəhiddən qalan son fotonun HEKAYƏSİ

Ad günündən əbədi ayrılığa Şəhiddən qalan son fotonun HEKAYƏSİ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən bir şəkil təkcə bir anı deyil, bütöv bir ömrü danışır. Bəzən isə illərlə yaddaşlarda yaşayan ən qiymətli xatirəyə çevrilir. Ailə içində, səmimi bir gündə çəkilən belə fotolar zaman keçdikcə, daha dərin məna qazanır. Bir vaxtlar sevinc dolu anı əks etdirən o kadr illər sonra bir az həsrətə, bir qədər isə qürura çevrilir.

Modern.az saytı “Şəhiddən qalan son foto” rubrikasını davam etdirir. Bu dəfəki təqdimatımız Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə həsr olunur.

Şəhidin həyat yoldaşı Könül Atakişiyevanın sözlərinə görə, həyat yoldaşının ən son fotosu oğlu Turqutun doğum günündə lentə alınıb:

“Onun həlak olmasından 1 ay öncə oğlumuzun 7 yaşını qeyd edirdik və bunu səmimi bir ortamda keçirmişdik. Onun sevgi dolu baxışları, övladları ilə birlikdə həmin anları böyük ruh yüksəkliyi ilə yaşaması, eyni zamanda gələcəyə ümid dolu nəzərləri bu fotoda aydın əks olunub. Həmin günün xatirəsi bizim üçün həm də ona görə dəyərlidir ki, ilk övladımızın ad gününü qeyd edirdik. Rəşadın böyük oğlumuz Turqutla bağlı fikirləri, gələcəyə dair ümidləri isə tamam başqa idi. Turqut böyüdüyü üçün onunla fikir mübadiləsinə qoşula, öz duyğu və istəklərini bölüşə bilirdi. Həmin gün isə bu hisslər birə min artmışdı”.

Könül xanım deyir ki, valideynləri, yaxınları da o gün onların yanında idilər və bu şad günün şahidi olublar:

“Rəşadın mehribanlığı, uşaqlara olan böyük məhəbbəti hər zaman hiss olunurdu. Biz onun ətrafında olanda özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Həmişə də vurğulayırdı ki, “mənim qolum-qanadım, həyatım sizsiniz”.

1985-ci ildə Samux rayonunda anadan olan Rəşad Atakişiyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. O, Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri kimi yadda qalıb.

2019-cu il iyulun 24-də gecə saatlarında keçirilən təlim-məşq uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəfil rabitə kəsilib və təyyarə radarlardan itib. Bir müddət sonra məlum olub ki, polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi təyyarə Xəzər dənizinə düşüb. Geniş ərazini əhatə edən axtarışlara xarici mütəxəssislər də cəlb olunmaqla, avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə şəhid pilotun nəşi tapılıb və o, avqustun 21-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Rəşad Atakişiyev xidmət etdiyi illər ərzində peşəkarlığı, vətənə bağlılığı və nümunəvi zabit kimi tanınıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə  ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı təltif olunub və mükafat ailəsinə təqdim edilib. Şəhidin iki oğul övladı yadigar qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri