Ad günündən qalan yemək ana və 3 uşağını öldürdü
Icma.az, Lent az saytına istinadən bildirir.
Özbəkistanın Xarəzm vilayətinin Bağat rayonunda ana və onun üç azyaşlı övladı həyatını itirib.
Lent.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
İlkin ehtimallara görə, hadisəyə səbəb ad günü mərasimindən qalan qidaların yeyilməsi olub.
Hadisə ilə bağlı Özbəkistan Cinayət Məcəlləsinin 276-11-ci maddəsi ilə cinayət işi başlanıb.
Həmin maddə təhlükəsizlik tələblərinə cavab verməyən malların xüsusilə külli miqdarda istehsalı, saxlanılması, satış məqsədilə daşınması və ya satılması, eləcə də təhlükəsizlik normalarına uyğun olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutur.
Araşdırmaya vilayət Fövqəladə Hallar İdarəsinin, Sanitariya-Epidemioloji Salamatlıq və İctimai Sağlamlıq Xidmətinin, həmçinin Səhiyyə İdarəsinin mütəxəssisləri cəlb olunublar.
Hazırda faciənin dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
Baxış sayı:30
Bu xəbər 22 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















