Icma.az
close
up
RU
ADA Universiteti “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi proqramı yekunlaşdırıb AZƏRTAC

ADA Universiteti “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi proqramı yekunlaşdırıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 dekabr, AZƏRTAC

ADA Universiteti bu ilin oktyabr ayından etibarən “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi “Liderlik bacarıqlarının inkişafı” proqramını başa vurub. Bu münasibətlə keçirilən bağlanış mərasimində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri Aygün Hacıyeva dinamik iş mühitinin dəyişkən tələbləri ilə uzlaşmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və akademik mühitdə yeni biliklər öyrənmək üçün proqrama qoşulan iştirakçıları təbrik ediblər. Proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Mərasimdə çıxış edən “Yelo Bank” ın İnsan resursları şöbəsinin rəhbəri Məhbubə Ziyadlı proqram iştirakçılarına öyrəndiklərini komanda yoldaşları ilə də bölüşməyi və bu yolla proqramın səmərəliliyini daha da artırmağı tövsiyə edib.

Qeyd edilib ki, “Yelo Bank”da menecer kimi fəaliyyət göstərən 25 əməkdaşın iştirakı ilə keçirilən proqramın iştirakçı sayında əvvəlki dövrlə müqayisədə artım müşahidə olunub. 7 moduldan ibarət proqram zamanı menecerlər liderlik bacarıqları, emosional zəka, rəy vermə və alma kimi mövzular üzrə praktiki bacarıqlar əldə ediblər.

İnteraktiv proqramın məzmunu çevik liderlik bacarıqları, ünsiyyəti, etik qaydaları və düşüncə tərzi, habelə dəyişikliyin və komandanın uğurla idarə edilməsi kimi mövzuları da əhatə edib.

ADA Universitetinin müəllimləri, idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektorun ekspertləri, habelə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən tədris edilən proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri