Icma.az
close
up
RU
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb

ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

ADA Universitetinin təşəbbüsü ilə hər il keçirilən akademik məqsədlər üçün ingilis dili Olimpiadasının qaliblərinə mükafatlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi ADA Universitetində keçirilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Baku Education Information Center”, “STI Travel” və “BESTCOMP GROUP” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunan çoxmərhələli olimpiadada ümumilikdə 1674 şagird iştirak edib. Onlar ADA Universitetinin Bakı və Qazax kampuslarında, Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə və Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına məktəbdə keçirilən mərhələləri uğurla tamamladıqdan sonra mükafatlandırılma mərasiminə dəvət olunublar.

Mərasimdə çıxış edən ADA Universitetinin prorektorları Vəfa Kazdal və Fariz İsmayılzadə vurğulayıblar ki, artıq ənənəyə çevrilmiş bu olimpiada ölkənin müxtəlif bölgələrindən olan şagirdləri bir araya gətirir və bir daha sübut edir ki, istedad yalnız paytaxtda deyil, Azərbaycanın hər bir guşəsində mövcuddur. ADA Universitetinin məqsədi həmin istedadları üzə çıxarmaq və onları dəstəkləməkdir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirinin müavini Rəşad Xudiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxış edərək olimpiadada iştirak edən məktəbliləri göstərdikləri akademik səylərə görə təqdir edib, qaliblərə təbriklərini çatdırıblar.

Nəticələrə əsasən, 8-9-cu sinif şagirdləri arasında ilk üç yerin qalibləri mükafatlandırılıblar. Birinci yerin sahibi, Astara rayonunun Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbinin şagirdi Uğur Əlizadə Böyük Britaniyada iki həftəlik "Qlobal gənc liderlər" kursunda ödənişsiz iştirak etmək haqqı qazanıb. Mükafatlar Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, “Baku Education Information Center”in direktoru Günay Məsimova və "STI Travel”ın meneceri Günel Mirzəzadə tərəfindən təqdim edilib.

İkinci və üçüncü yerlərin qalibləri – Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı məktəbin şagirdi Zərifə Atayeva və Xırdalan şəhəri B.Y. Cəfərov adına 3 saylı tam orta məktəbin şagirdi Kənan Kərimzadəyə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və "BESTCOMP Group"un insan resursları üzrə baş direktoru Fuad Qəmbərov tərəfindən noutbuk və planşet təqdim olunub.

Olimpiadanın birinci yer qalibi Uğur Əlizadə öz sevincini belə ifadə edib:

“Bu olimpiada mənim üçün təkcə bilik yarışı deyil, həm də özümə və potensialıma olan inamımı möhkəmləndirməyə uğurlu bir vasitə oldu. Mükafat olaraq Qlobal gənc liderlər proqramında ödənişsiz iştirak imkanı isə bu uğurun real nəticəsidir.”

Üç mərhələdən ibarət olimpiadanın ilk mərhələsində şagirdlərin ingilis dili üzrə qrammatik bilikləri və oxu bacarıqları, ikinci mərhələdə yazı və dinləmə bacarıqları, son mərhələdə isə danışıq qabiliyyətləri qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri