Icma.az
close
up
RU
ADA Universitetinin məzunları əmək bazarında uğurla irəliləyirlər

ADA Universitetinin məzunları əmək bazarında uğurla irəliləyirlər

Sia Az saytına istinadən Icma.az xəbər verir.

ADA Universitetinin Karyera xidmətləri şöbəsi 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluq göstəricilərini və tələbələr üçün həyata keçirilən karyera dəstəyi proqramlarının nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, Statistika göstərir ki, məzunlar əmək bazarına uğurla inteqrasiya olunur və universitet tərəfindən onlara göstərilən sistemli dəstək öz bəhrəsini verir.

Əldə olunan nəticələrə əsasən 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluğu 90 faiz təşkil edir.

Bakalavr pilləsində ən yüksək məşğulluq Biznesin idarə edilməsi ixtisasının məzunları, magistr pilləsində isə Kompyuter elmləri və data analitikası ixisasının məzunları arasında müşahidə olunub.

Məzunlar əsasən dövlət qurumları, təhsil, bank və maliyyə xidmətləri, konsaltinq və audit eləcə də telekommunikasiya sahələrində çalışırlar.
ADA Universitetinin Karyera xidmətləri şöbəsi tələbələrin peşəkar hazırlığını gücləndirmək üçün il ərzində bir sıra proqramlar həyata keçirir. Belə ki, hər il 500-dən çox tələbə yaz və yay semestrlərində akademik təcrübə proqramında iştirak edirlər. Akademik təcrübə proqramı Azərbaycanda yerləşən aparıcı dövlət və özəl qurumlarında eləcə də, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində həyata keçirilir.
Bununla yanaşı, ADA Universitetində hər il 20 tərəfdaş şirkətin iştirakı ilə “Karyera Hazırlığı Həftəsi” həyata keçirilir. Bu təşəbbüs çərçivəsində tələbələrin seçim prosesi ADA Universitetinin Karyera xidmətləri şöbəsi tərəfindən təşkil olunur və tələbələr ilə fərdi müsahibələr əsasında həyata keçirilir. Seçilmiş tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye üzrə mütəxəssislərin keçirdiyi təlim və seminar proqramlarına cəlb olunurlar. Təlimlər maliyyə, bankçılıq, informasiya texnologiyaları, telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətin yüksək ixtisaslı nümayəndələri tərəfindən keçirilir. Sessiyalar əmək bazarının aktual tələbləri, peşəkar bacarıqlar və karyera inkişafı strategiyaları kimi mövzuları əhatə edir. On gün davam edən bu intensiv proqram tələbələrə yalnız bilik və bacarıqlar qazandırmaqla kifayətlənmir, eyni zamanda onları potensial işəgötürənlərlə əlaqələndirərək həmin şirkətlərdə təcrübə imkanları ilə təmin edir. “Karyera Hazırlığı Həftəsi” ənənəvi karyera yarmarkası ilə başa çatır və tələbələr üçün real iş imkanlarına açılan bir platformaya çevrilir.

Bu təşəbbüslər ADA Universitetinin məzunlarına həm yerli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətli karyera imkanları yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see282

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri