Icma.az
close
up
RU
“Adam anasını qapıdan qovalayar?” Tural Sadıqlının ifşa videosu yayıldı KONKRET

“Adam anasını qapıdan qovalayar?” Tural Sadıqlının ifşa videosu yayıldı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Gözümü açandan anamı sevdim, daha sonra anam mənə Vətəni sevməyi öyrətdi.

Hər şey də bu sevgi ilə başladı. Məlum oldu ki, Vətən də anam kimi əziz və doğmadır. Hər ikisinin qucağında özümü güvənli hiss etməyin bir adı var. O da Ana Vətən sevgisidir. Ana Vətənə məhəbbəti bizə kiçik yaşlarımızda ibtidai sinifdə də öyrədiblər. Hələ uşaq olanda onu da deyiblər ki, anasına və vətəninə dönük çıxanlar bağışlanmır. Onun adı dönüklük və xainlikdir.

Çox təəssüf ki, vətən xainləri həmişə olub və indi də var. Azərbaycanı tərk edib Avropaya sığınan dönüklərin Vətənə “hücumlarını” izləyəndə sadəcə onların azərbaycanlı olduqlarına şübhə edirsən. Amma bu “oğlancıqlar”ın əlləri hər yerdən üzüləndə hətta analarını da gündəmə gətirir və biçarə anaları üzərindən öz iyrənc simalarını nümayiş etdirirlər. Avropaya sığınan Tural Sadıqlı adlı birisinin Azərbaycana qarşı böhtan və iftiralarının  arxasında kimlərin durması yaxşı bəllidir. Avropadakı erməni diasporunun  tezislərini özünün “YouTube” kanalından dayanmadan cəh-cəh vuran bu “vətənpərvər”,  sən demə, həm də ən böyük “azərbaycanlı” imiş. Bütün çıxışlarında ermənilərin  müdafiəçisi kimi danışan Tural Sadıqlı Azərbaycan dövlətinə qarşı sanki nifrət püskürür. Avropa Şurasında, Avropa Parlamentində Azərbaycan əleyhinə aparılan kampaniyaçıların yanından əl çəkməyən T.Sadıqlı özünə qarşı bir balaca tənqidi fikir eşidən kimi məsələni dərhal əks istiqamətə yönəldir. Guya Azərbaycan dövləti bu adamın valideynlərini hədəfə alıb və anasını ölümlə təhdid edir.

Amma məsələnin başqa tərəfi də var. Avropada ermənilərin tələsinə düşən həmin adamlar bəzən onlara ötürülən pulları bölə bilməyəndə bir-birilərini didib dağıdırlar. Turalın silahdaşı, Fransaya sığınan Məhəmməd Mirzəli bir neçə gün əvvəl Sadıqlının anasından yana möhkəm narahat idi və qorxurdu ki, Azərbaycan dövləti bu şoumenin anasına “xətər” yetirər. Özünün “YouTube” kanalına dəvət etdiyi Məhəmməd Mirzəlinin onunla həmrəy olması, Turalın anası haqqında dediklərini “ağrı-acıyla” dinləməsi və kişi-kişi başını yelləməsi guya Tural Sadıqlıya canı yanalığından irəli  gəlirdi. Amma indi izlədiyim bir videoda başqa mənzərəni görəndə bunların hansı yuvanın quşu olmaları bir daha aydın oldu. Görünür nəyisə düzgün bölə bilməyən dostların sözləri çəpləşib və biri-birilərini ittiham etməyə başlayıblar. İndi Məhəmməd açıb sandığı-töküb pambığı. Qıpqırmızı Turalın üzünə dirənir ki, bəs nə ana-ana salmısan? Sən ana qədri bilən oğulsan? Ana qədrini bilən oğul anasını heç evdən qovar? Üzünə deyilən bu sözlərdən tükünü belə tərpətməyən Tural yenə sabah efirə çıxıb utanmaz-utanmaz anasıyla bağlı şou yaradacaq. Anasına dəyər verməyən bir adamın Ana Vətənin təəssübünü çəkməyə haqqı varmı?

Vəli Həsənoğlu,

KONRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Dekabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri