Adambaşına 10 15 manat Builki fitrə zəkatının miqdarı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Modern.az-ın məlumatına görə, fətvada deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.
“Bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər”.
Fətvada tövsiyə edirilib ki, Novruz çərşənbələrinin axşamlarında açılan süfrələr iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun.
Builki Ramazan təqviminə görə, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərindədir.
Ramazan bayramı 20 marta təsadüf edəcək.
Fətvada bildirilib ki, fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















