Icma.az
close
up
RU
Adambaşına gəlir 4 ildə 678 manat artıb

Adambaşına gəlir 4 ildə 678 manat artıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son 4 il ərzində Azərbaycanda əhalinin nominal gəlirləri üzrə artım dinamikası davam edib.

MTM-in məlumatına əsasən, 2021-ci ilin I rübündə əhalinin nominal gəlirlərinin həcmi 13,5 milyard manat idisə, son 4 ildə bu göstərici 53,8 faiz və ya 7,2 milyard manat artıb. 2025-ci ilin yanvar – mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri 20,7 milyard manata (2024-cü ilin eyni dövrünə nisbətən 6,6 faiz və ya 1,3 milyard manat çox) çatıb.

Bildirilir ki, son 4 ildə əhalinin adambaşına düşən nominal gəlirlər üzrə də artım dinamikası davam edib. Cari ilin yanvar – mart aylarında adambaşına düşən nominal gəlir 2024-cü ilin I rübü ilə müqayisədə 6,2 faiz və ya 117,2 manat artaraq 2 min 22,6 manata yüksəlib. Ötən il isə artım dinamikası 4,5 faiz olub. Ümumilikdə, sözügedən dövrdə əhalinin hər bir nəfərinə düşən nominal gəlir həcmi 50,4 faiz və ya 677,7 manat çoxalıb.

MTM-in hesabat təhlilinə görə, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə orta illik inflyasiya göstəricisi 5,6 faiz təşkil edib. Həmin dövrdə əhalinin adambaşına düşən nominal gəliri isə daha çox – 6,2 faiz artıb. Qeyd olunan tendensiya əvvəlki illərdə də bənzər şəkildə nəzərə çarpıb.

Hesabat təhlilində, eyni zamanda, qeyd edilir ki, 2022-ci və 2023-cü illərin birinci rübləri arasındakı müddətdə orta illik inflyasiya ən yüksək həddə (13,8 faiz) çatdığı halda, adambaşına düşən nominal gəlir daha yüksək (14,5 faiz) olub. Ümumilikdə isə 2021-ci ilin birinci rübündən 2025-ci ilin birinci rübünədək olan dövrdə inflyasiya 36,2 faiz olduğu halda, əhalinin adambaşına düşən nominal gəlirləri 50,4 faiz çoxalıb.

Rəsmi rəqəmlərə əsasən, cari ilin yanvar-fevral aylarında ölkədə orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz və ya 96,8 manat yüksələrək 1043,6 manata çatıb. Son 4 ildə bu göstərici üzrə artım tempi 10 faiz təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında orta aylıq nominal əməkhaqqı 692,3 manat idisə, son 4 ildə orta aylıq əməkhaqqı 50,7 faiz və ya 351,3 manat artıb.

Xatırladaq ki, əhalinin nominal gəlirləri dedikdə, əhalinin müəyyən dövr ərzində əldə etdiyi bütün pul gəlirlərinin (əməkhaqqı, pensiya, müavinət, sahibkarlıq gəlirləri və s.) ümumi məbləği nəzərdə tutulur. Bu göstərici gəlirlərin faktiki miqdarını əks etdirir və inflyasiya nəzərə alınmadan hesablanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri