Icma.az
close
up
RU
Adambaşına maliyyələşmə təhsilə nə vəd edir? DEPUTAT İZAH ETDİ

Adambaşına maliyyələşmə təhsilə nə vəd edir? DEPUTAT İZAH ETDİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"2026-cı il üçün dövlət büdcəsi layihəsi ölkənin sosial-iqtisadi inkişafını, müdafiə və təhlükəsizliyini təmin etməyə xidmət edən strateji sənəddir. Təhsil sahəsi müdafiə və milli təhlükəsizlikdən sonra ən böyük büdcə payı alaraq 5 015,9 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Son beş ildə təhsil xərclərinin davamlı artım dinamikası Azərbaycan dövlətinin insan kapitalının inkişafına verdiyi önəmin bariz göstəricisidir. Bu artım yalnız rəqəmlərin yüksəlməsi deyil, təhsil sisteminin modernləşdirilməsi və onun ölkənin iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrilməsi məqsədi daşıyan ardıcıl siyasətin tərkib hissəsidir. Təhsil sektorunda irəliyə doğru atılan mühüm addımlardan biri ümumtəhsil müəssisələrində dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqidir. Məktəbəqədər təhsildə artıq vauçer sistemi və digər tərəfdaşlıq modelləri tətbiq edilməyə başlanıb".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

“Bu yanaşma məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə, özəl sektorun inkişafına, məşğulluğun artmasına və dövlət büdcəsi yükünün azalmasına müsbət təsir göstərir. Bu mexanizmlərin özəl ümumtəhsil müəssisələrinə də şamil olunması mümkündür. Bu kontekstdə hazırda 100 məktəbdə sınaqdan keçirilən adambaşına maliyyələşmə modelinə keçid təqdirəlayiq addım kimi qiymətləndirilir. Sözügedən model məktəblərin muxtariyyətinin artırılmasına, resurslardan daha səmərəli istifadəyə, nəticəyönümlü idarəetməyə şərait yaradır. Dövlət–özəl tərəfdaşlığı və vauçer yanaşmasının bu çərçivədə nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Lakin bu prosesin uğurlu tətbiqi ciddi hazırlıq, yeni idarəetmə bacarıqları və normativ-hüquqi mexanizmlərin təkmilləşdirilməsini tələb edir. “

Deputat bildirdi ki, icbari təhsil üçün dövlət tərəfindən hər bir şagirdə hesablanan xərclərin müəyyən mexanizm əsasında özəl məktəblərə yönəldilməsi rəqabətqabiliyyətli və keyfiyyətli təhsil mühitinin formalaşmasına, eyni zamanda dövlət büdcəsinin yükünün qismən azalmasına imkan yarada bilər. Bunun üçün hüquqi və tənzimləyici çərçivənin dəqiq şəkildə işlənməsi əsas şərtdir.

"Beynəlxalq təcrübə göstərir ki, adambaşına maliyyələşmə modeli dünyanın bir çox ölkələrində uğurlu şəkildə tətbiq edilir. Bu modeldə məktəblərə ayrılan vəsait şagird sayına və əlavə keyfiyyət göstəricilərinə əsasən hesablanır. Qlobal təcrübə və ölkəmizin yerli xüsusiyyətləri nəzərə alınmaqla, həmin modelin mərhələli şəkildə tətbiqi mümkün və məqsədəuyğundur. Son beş ildə təhsil xərclərinin davamlı artım dinamikası Azərbaycan dövlətinin insan kapitalının inkişafına verdiyi önəmin bariz göstəricisidir".

Mehriban Vəliyevanın sözlərinə görə, bu artım yalnız rəqəmlərin yüksəlməsi deyil, təhsil sisteminin modernləşdirilməsi və onun ölkənin iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrilməsi məqsədi daşıyan ardıcıl siyasətin tərkib hissəsidir.

"Təhsil sektorunda irəliyə doğru atılan mühüm addımlardan biri ümumtəhsil müəssisələrində dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqidir. Məktəbəqədər təhsildə artıq vauçer sistemi və digər tərəfdaşlıq modelləri tətbiq edilməyə başlanılıb. Bu yanaşma məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə, özəl sektorun inkişafına, məşğulluğun artmasına və dövlət büdcəsi yükünün azalmasına müsbət təsir göstərir. Bu mexanizmlərin özəl ümumtəhsil müəssisələrinə də şamil olunması mümkündür. Bu kontekstdə hazırda 100 məktəbdə sınaqdan keçirilən adambaşına maliyyələşmə modelinə keçid təqdirəlayiq addım kimi qiymətləndirilir. Sözügedən model məktəblərin muxtariyyətinin artırılmasına, resurslardan daha səmərəli istifadəyə, nəticəyönümlü idarəetməyə şərait yaradır".

 
M.Vəliyeva qeyd edib ki, dövlət–özəl tərəfdaşlığı və vauçer yanaşmasının bu çərçivədə nəzərdən keçirilməsi məqsədəuyğun olardı.

"Bu prosesin uğurlu tətbiqi ciddi hazırlıq, yeni idarəetmə bacarıqları və normativ-hüquqi mexanizmlərin təkmilləşdirilməsini tələb edir. İcbari təhsil üçün dövlət tərəfindən hər bir şagirdə hesablanan xərclərin müəyyən mexanizm əsasında özəl məktəblərə yönəldilməsi rəqabətqabiliyyətli və keyfiyyətli təhsil mühitinin formalaşmasına, eyni zamanda dövlət büdcəsinin yükünün qismən azalmasına imkan yarada bilər. Bunun üçün hüquqi və tənzimləyici çərçivənin dəqiq şəkildə işlənməsi əsas şərtdir. Beynəlxalq təcrübə göstərir ki, adambaşına maliyyələşmə modeli dünyanın bir çox ölkələrində uğurlu şəkildə tətbiq edilir. Bu modeldə məktəblərə ayrılan vəsait şagird sayına və əlavə keyfiyyət göstəricilərinə əsasən hesablanır. Qlobal təcrübə və ölkəmizin yerli xüsusiyyətləri nəzərə alınmaqla, həmin modelin mərhələli şəkildə tətbiqi mümkün və məqsədəuyğundur" - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri