Icma.az
close
up
RU
“Adana Dəmirspor” superliqanın antirekordunu yenilədi

“Adana Dəmirspor” superliqanın antirekordunu yenilədi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Aleksin çalışdırdığı “Antalyaspor” yüksəlişini davam etdirir. Antalya təmsilçisi turun açılış oyununda “Sivasspor”u yenərək son 4 turda 3-cü qələbəsini qazandı.

Mövsümün aşkar autsayderi “Adana Dəmirspor” Mustafa Dalcının debüt oyununda “Konyaspor”a yaxşı müqavimət göstərsə də, yenə xal qazana bilmədi. Yeri gəlmişkən, ötən mövsümü də nəzərə alsaq, “Adana Dəmirspor” Türkiyə çempionatı tarixində ardıcıl 10 ev oyununda uduzan ilk komanda oldu! Əla mövsüm keçirən “Samsunspor” debütant “Bodrum”u darmadağın etdi. Ötən tur səfərdə “Beşiktaş”a 4 qol vuran “Göztəpə” bu dəfə özü “İstanbul BŞ”dən 4 top buraxdı. Bu nəticəni sürpriz saymaq olar. Çünki kəskin enişdə olan başakşəhərlilərin son 10 rəsmi oyunda qələbəsi yox idi və hətta Çağdaş Atanın istefası da gündəmdə idi. “Trabzonspor” isə o qədər bərbad mövsüm keçirir ki, bu komandanın məğlubiyyəti artıq heç kimi təəccübləndirmir.
“Alanyaspor” səfərində erkən qol vurmasına baxmayaraq komanda sonda nəinki 3, heç 1 xal da qazana bilmədi. “Trabzonspor” ötən mövsüm önə keçdiyi qarşılaşmalarda yalnız 8 xal itirmişdisə, bu mövsüm artıq indidən belə oyunlarda 11 xal itirib. “Bordo-mavililər” superliqa tarixində ikinci dəfə mövsümün ilk 7 səfər oyununu qələbəsiz başa vurdular (4 heç-heçə, 3 məğlubiyyət). Daha öncə bu hal yalnız 1985/86-da yaşanmışdı.
Bazar günü iki qarşılaşma baş tutdu. “Kayserispor”u darmadağın edən “Çaykur Rizəspor” son 5 turda 4-cü qələbəsini qazandı. Elitada ilk mövsümünü keçirməsinə baxmayaraq, çox yaxşı təsir bağışlayan Arda Turanın “Eyüpspor”u “Qalatasaray”ın qonağı oldu. Arda “Rams Park”da böyük alqışlar və gül-çiçəklə qarşılandı. “Eyüpspor” son çempiona layiqincə müqavimət göstərərək uğurlu nəticələrinin təsadüf olmadığını göstərdi. “Qalatasaray”ın sabiq futbolçusu Əmrə Akbaba erkən qolla qonaqları önə keçirsə də, meydan sahibləri 2-ci hissənin əvvəllərində artıq hesabda irəlidəydi. Hər kəs “Cim-Bom”un fərqi artıracağını və növbəti asan qələbəsini qazanacağını düşünsə də, belə olmadı. Qanalı yarımmüdafiəçi Ampemin superliqadakı ilk qolu qonaqları məğlubiyyətdən xilas etdi. “Qalatasaray”ın debütantlara qarşı 15 oyunluq qələbə seriyası qırıldı. Arda isə debtünat komandanın başında Okan Burukun “Qalatasaray”ından xal alan ilk məşqçi oldu.
İstanbulun digər nəhəngləri dünən meydana çıxdı. ''Beşiktaş'' müvəqqəti məşqçi Sərdar Topraktəpənin başçılığı altında Rza Çalımbayın ''Hatayspor''unun qonağı oldu. Psixoloji cəhətdən yaxşı durumda olmayan ''Qartal'' yenə fanatlarını sevindirə bilmədi. İlk yarıda vurulan qarşılıqlı qollarla oyun 1:1-lik bərabərliklə yekunlaşdı. ''Ağ-qaralar''ın superliqada qələbəsiz seriyası 5 oyuna yüksəldi. Komandanın sonuncu dəfə çempionatda bundan daha uzun qələbəsiz seriyası 2012-də olub. Çalımbayın komandaları ''Beşiktaş''a qarşı son 9 ev oyununun 7-də ən azı 1 xal qazanmağa müvəffəq olub.
''Fənərbaxça'' isə yaxşı formada olan ''Qaziantep''i qəbul etdi. Son 4 turun 3-də qalib gələn Antep təmsilçisi ''Fənər''in də əsəbləri ilə oynamağı bacardı. Hər halda, 72-ci dəqiqəyə qədər hesab bərabər idi. Amma ''Qalatasaray''ın xal itirdiyi turda büdrəmək istəməyən Joze Mourinyonun komandası son anlarda rəqibi “ağ bayraq qaldırmağa” məcbur etdi. Superliqada 16-cı oyunda ilk dəfə fərqlənən mərkəz müdafiəçisi Bekao qələbə qolunu vurdusa, Ceko yekun nəticəni müəyyənləşdirdi. Ardıcıl 5-ci qələbəsini qazanan ''Fənər'' zirvə ilə xal fərqini 3-ə endirdi. Qeyd edək ki, Mourinyo karyerasında sonuncu dəfə çempionatda 5 oyunluq qələbə seriyasını 2018-in fevral-aprelində ''Mançester Yunayted''in başında yaxalayıb.
14-cü tur
Qalatasaray – Eyüpspor 2:2
Barış Alpər Yılmaz, 45+5. Şallai, 47 – Əmrə Akbaba, 13. Ampem, 71.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Yelert, 85), Metehan Baltacı, Sançes, Əbdülkərim Bardakcı (Berkan Kutlu, 39), Şallai, Torreyra, Sara (Kərəm Dəmirbay, 85), Mertens (Ziyeş, 85), Yunus Akgün (Batşuayi, 73), Osimhen.
Fənərbaxça - Qaziantep 3:1
Oğuz Aydın, 3. Bekao, 78. Ceko, 90 - Okereke, 41.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Şimanski, 66), Bekao, Samet Akaydın, Kostiç, Fred, İsmayıl Yüksək (Amrabat, 46), İrfan Can Kahveci (Sen-Maksimen, 46), Tadiç (Mərt Müldür, 80), Oğuz Aydın, Ən-Nəsiri (Ceko, 66).
Hatayspor - Beşiktaş 1:1
Görkəm Sağlam, 29 İmmobile, 41.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Tayyib Sanuc (Zaynutdinov, 85), Masuaku, Fernandeş, Salih Uçan (Can Keleş, 84), Raşitsa (Əl Musrati, 65), Silva, Semih Kılıçsoy (Oksleyd-Çemberleyn, 78), İmmobile.
Alanyaspor – Trabzonspor 2:1
Hadercyonay, 44-p. Auqusto, 50 – Draquş, 8.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Hüseyn Türkmən, Bataqov, Arif Boşluk (Ərən Elmalı, 65), Mendi (Poyraz Yıldırım, 85), Umut Günəş (Lundstram, 62), Cihan Çanak (Visça, 46), Çam, Draquş (Enis Destan, 62), Banza.
İstanbul BŞ - Göztəpə 4:1
Davidson, 8. Pyontek, 10; 43. Dəniz Türüc, 37 – Lima, 61-öz qapısına.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Ba, Opoku, Lima, Onur Ərgün (Pelkas, 88), Kemen (Berat Özdəmir, 88), Krespo, Dəniz Türüc (Şiş, 82), Davidson (Fiqeyredo, 77), Pyontek (Keni, 82).
Adana Dəmirspor – Konyaspor 0:1
Yevtoviç, 78.
Antalyaspor – Sivasspor 2:1
Safuri, 40. Veysəl Sarı, 66 – Koyta, 43.
Çaykur Rizəspor – Kayserispor 3:0
Əmrəcan Bulut, 41. Sou, 71; 81.
Samsunspor – Bodrum 4:0
Van Drongelen, 6. Muandilmaci, 51; 55. Sonər Aydoğdu, 90+3.
1. Qalatasaray 13 11 2 0 35-13 35
2. Fənərbaxça 13 10 2 1 36-12 32
3. Samsunspor 14 9 2 3 29-14 29
4. Eyüpspor 14 6 5 3 21-15 23
5. Beşiktaş 13 6 4 3 22-15 22
6. Göztəpə 13 6 3 4 24-19 21
7. İstanbul BŞ 13 5 4 4 21-18 19
8. Çaykur Rizəspor 13 6 1 6 15-20 19
9. Sivasspor 14 5 3 6 18-22 18
10. Konyaspor 14 5 3 6 16-21 18
11. Antalyaspor 13 5 2 6 17-25 17
12. Trabzonspor 13 3 6 4 18-16 15
13. Qaziantep 13 4 3 6 19-21 15
14. Kasımpaşa 13 3 6 4 16-19 15
15. Alanyaspor 13 3 5 5 12-16 14
16. Kayserispor 13 2 6 5 13-25 12
17. Bodrum 14 3 2 9 10-21 11
18. Hatayspor 13 1 5 7 12-20 8
19. Adana Dəmirspor 13 0 2 11 9-31 2
Bombardirlər: İmmobile (Beşiktaş) - 9, Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ), Ceko (Fənərbaxça) – 8.
Növbəti turun oyunları dekabrın 6-9-u aralığında keçiriləcək: Beşiktaş - Fənərbaxça, Eyüpspor – Samsunspor, Qaziantep - Çaykur Rizəspor, Göztəpə - Adana Dəmirspor, İstanbul BŞ – Hatayspor, Kayserispor – Alanyaspor, Konyaspor – Antalyaspor, Sivasspor – Qalatasaray, Trabzonspor – Kasımpaşa.
Turun rəqəmi
3 – 2021/22-nin çempionu “Trabzonspor”un vəziyyəti turdan-tura daha da qəlizləşir. Şenol Günəş kimi bir təcrübəli məşqçinin varlığına baxmayaraq, komanda heç cür sabitlik yaxalaya bilmir. Bu tur “Alanyaspor”a uduzmaqla qaradənizlilər 13-cü oyunu 3 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət göstəricisi ilə tamamladı. Orta hesabla hər oyuna yalnız 1,15 xal qazanan “Trabzonspor”un bu mövsüm qazandığı (15) xal itirdiyi (24) xaldan daha çoxdu. Ən əsası komanda tarixində ilk dəfə 13-cü oyunu cəmi 3 qələbə ilə başa vuraraq antirekordunu yenilədi.
Turun ulduzu
Berke Özər (Eyüpspor) – iki qol buraxmasına baxmayaraq, debütantın qapıçısı qarşılaşmaya damğa vurdu. 24 yaşlı əlcək sahibi son çempionla oyunda “çərçivəyə” gələn 14 zərbədən 12-ni dəf etdi. Daha öncə “Fənərbaxça”da da forma geymiş Berke 12 seyv ilə həm karyerasının, həm də mövsümün rekordunu qırdı! Məhz onun bu performansı sayəsində “Qalatasaray” 4,35 qol gözləntisi (xG) yaxaladığı qarşılaşmada yalnız 2 qol vura bildi.
Turun sitatı
Nevzat Kaya, “Trabzonspor”un başqan köməkçisi:

“Alanyaspor”la oyunda yaşananları bütün Türkiyə gördü. “Trabzonspor”a və Trabzon şəhərinə qarşı bir oyun oynanılır. Hətta İstanbul nəhənglərinin fanatları da “nə üçün sizə qarşı belə edilir?” kimi mesajlar göndərirlər. Bundan sonra bizim üçün federasiya da, Hakimlər Komitəsi də yox kimidi. Olmayan penaltini uydurub qapımıza təyin etdilər. Son anlarda da təmiz qolumuzu saymadılar. Bu “tamaşada” artıq deyiləcək sözümüz qalmayıb. İndi bir dənə çıxış yolumuz qalıb. O da ölkə prezidentinə müraciət etmək!”


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“3 gün öncə oyun keçirmiş bir komanda olduğumuzu nəzərə alsaq, heç də pis təsir bağışlamadıq. 2-ci hissəyə qolla başladıq. Sonra gözəl fürsətləri boşa verdik. Halbuki ən azı 5:1 önə keçə bilərdik. Hesab 2:2 olandan sonra rəqib oyunçular yerdən qalxmadılar. Zənnimcə, onların heyətində yerə yıxılmayan futbolçu olmadı. Hər dəfə təhlükəli hücum qurduğumuz anlarda 2 futbolçu özünü yerə atırdı. Qapıçıları az qala hər qapıdan zərbə zamanı vaxt uzatdı. 8 dəfə su içdi. Çox susayırdı. Ona sarı vərəqə çox erkən göstərilməli idi. Amma yaxşı seyvləri də oldu və buna görə onu təbrik edirəm. Belə şeylərə hakim nəzarət etməlidi. O isə gücünü göstərə bilmədi. Çünki çox təcrübəsiz və gəncdi. Onun “Trabzonspor” – “Fənərbaxça” oyununda da nə qədər çətinlik çəkdiyini gördük. Çünki bu səviyyələrdəki oyunlara öyrəşməyib. Topun bu qədər az oyunda qaldığı bir qarşılaşmada bu qədər fürsət yaratmağımız məni sevindirdi. “Eyüpspor” yaxşı niyyətli komanda deyil. Amma biz bu cür rəqibləri də məğlub etməyi bacarmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see273

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see118

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri