Icma.az
close
up
RU
Adanada sahibkarlara Azərbaycanın investisiya mühiti barədə məlumat verilib

Adanada sahibkarlara Azərbaycanın investisiya mühiti barədə məlumat verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Adana Sənaye Palatasının binasında (ADASO) Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, təşkilati dəstək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və ADASO tərəfindən göstərilib.

Müzakirələrin iştirakçıları qarşısında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, TADİV-in rəhbəri, professor Aygün Attar, ADASO İdarə Heyətinin sədri Zeki Kıvanç, TÜRKONFED Biznes Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönməz və Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat və başqaları çıxış ediblər.

Arasında Adana və Türkiyənin digər cənub əyalətlərindən aparıcı şirkətlərin nümayəndələri də olan tədbir iştirakçılarına müraciət edən A.Attar Ümummilli Lider Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan boru kəməri də daxil olmaqla mühüm layihələrin həyata keçirilməsindəki uzaqgörən siyasətinə diqqət çəkib.

Onun sözlərinə görə, iki qardaş ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sayəsində strateji müttəfiqlik səviyyəsinə çatıb.

Azərbaycanın Ankaradakı səfiri R.Məmmədov respublikamızın sakinlərinin Türkiyəyə, o cümlədən türk sahibkarlarına qarşı isti münasibətini vurğulayıb.

O, işğal illərində və 44 günlük Vətən Müharibəsi günləri Azərbaycana göstərilən həmrəyliyə görə Türkiyə vətəndaşlarına minnətdarlığını bildirdi.

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri davam edir: yollar və tunellər çəkilir, dağıdılmış yaşayış məntəqələri yenidən tikilir”, - deyə diplomat bildirib və yeni iş yerlərinin yaradılmasının prioritet məsələ olduğunu vurğulayıb.

O, Azərbaycan hökumətinin ölkəmizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində investorlar üçün yaratdığı imkanlara diqqət yönəldib.

R.Məmmədov həmçinin investorları biznes mühitinin üstünlükləri ilə şəxsən tanış ola biləcəkləri Azərbaycana dəvət edib.

Ölkəmizin Türkiyədəki ticarət nümayəndəsi T.Tağıyev türk sahibkarlarının Azərbaycana çoxsaylı səfərlərinin təşkili barədə danışıb, Adanadan olan investorların təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Tədbirdə ölkəmizin Ticarət Nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev Azərbaycandakı investisiya mühiti mövzusunda təqdimatla çıxış edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri