ADAU da fakültələrarası bilik yarışı keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 1 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “44 günlük Vətən müharibəsi suverenliyimizin və ərazi bütövlüyümüzün təntənəsidir” mövzusunda fakültələrarası bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək bildiriblər ki, yarış Ulu Öndər Heydər Əliyev irsinin yaşadılması və gənclər arasında təbliği, 44 günlük Vətən müharibəsi və şanlı Qələbə tariximizin öyrənilməsi ilə yanaşı, gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı və maarifləndirici yarışlara maraqlarının artırılması məqsədi daşıyır.
İki mərhələdən ibarət olan yarışda komandalar sualları cavablandırıb. İştirakçılara Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, ölkəmizin hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Vətən müharibəsində qazanılan Zəfər, qəhrəman şəhidlərimiz, habelə müxtəlif mövzularda suallar ünvanlanıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda Aqronomluq fakültəsinin “Dəmir yumruq” komandası I yerə, Gəncə Dövlət Aqrar Kollecin “Zəfərə doğru” komandası II yerə, Aqrar İqtisadiyyat fakültəsinin “Zəfər” komandası III yerə layiq görülüblər.
Sonda iştirakçılara sertifikat və mükafatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















