Icma.az
close
up
RU
ADAU da startap mədəniyyəti və innovasiya mövzusunda panel müzakirəsi keçirilib

ADAU da startap mədəniyyəti və innovasiya mövzusunda panel müzakirəsi keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Gəncə, 17 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Tech Talk” proqramı çərçivəsində “Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirəsi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi universitet tələbələri, startap həvəskarları və gənc innovatorlar arasında texnoloji düşüncənin, startap mədəniyyətinin və innovasiya yönümlü fəaliyyətin təşviq olunması, həmçinin özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov tədbirin işinə uğurlar arzulayın. Sonra Layihə ilə bağlı İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev ətraflı məlumat verib.

Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin layihələr üzrə koordinatoru Nigar Xıdırova, Ege Universitetinin professoru Murad Boyacı, AgT startapının təsisçisi, mentor Əfqan Mehdixanov iştirak ediblər.

Qonaqlar çıxışlarında startapların inkişafında dövlət dəstəyi mexanizmləri, maliyyə institutlarının innovativ layihələrdə rolu, eləcə də universitet mühitində innovasiya mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlər səsləndiriblər.

Panel çərçivəsində gənc iştirakçılar startap fəaliyyəti, maliyyə resurslarına çıxış imkanları və biznes ideyalarının reallaşdırılması ilə bağlı praktik məsləhətlər və təcrübə paylaşımları əldə ediblər. Müzakirələr zamanı “bir ideya, bir addım, bir dəyişiklik” fəlsəfəsinin innovasiya prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçılar fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıqlar və təşəbbüslər barədə təkliflər irəli sürüblər.

“Tech Talk” proqramı ADAU İnnovasiyalar Mərkəzi tərəfindən universitet gəncləri arasında innovativ yanaşmanı və praktik bilik mübadiləsini gücləndirmək məqsədilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri