ADAU nun bir qrup əməkdaşı üçün təlim keçirilib FOTO
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Balıq məhsullarının istehsalının texnologiyası kafedrasının bir qrup professor-müəllim heyəti üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisi tərəfindən təlim təşkil olunub.
"Unikal" xəbər verir ki, təlim FAO-nun beynəlxalq ekspertinin iştirakı ilə aparılıb. Təlimdə Azərbaycanda su təsərrüfatının inkişaf imkanları, iqlim dəyişikliyinin balıqçılıq və su təsərrüfatına təsirləri və dayanıqlı su təsərrüfatlarının qurulması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Təlimin məqsədi universitetin müvafiq istiqamətdə tədris və tədqiqat aparan professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması, peşəkar kadrların hazırlığı və dayanıqlı su təsərrüfatlarının inkişafına töhfə vermək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















