Icma.az
close
up
RU
ADAUda forum keçirildi FOTO

ADAUda forum keçirildi FOTO

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" keçirilib. 

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə yerləşən abidəsi önünə tər güllər düzüblər.

Sonra Mərkəzin foyesində tələbələrin hazırladığı startaplar qonaqlara nümayiş olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, forumun keçirilməsində əsas məqsəd regionda startapların və innovativ sahibkarlıq potensialının inkişaf etdirilməsidir.  Rektor deyib ki, tələbələrə sahibkarlıq bacarıqlarının öyrədilməsi, onların innovativ ideyalarının dəstəklənməsi və biznes mühitinə inteqrasiyası üçün müasir dövrümüzdə universitetlərin üzərinə böyük məsuliyyət düşür.

Digər çıxış edənlər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Dövlət İqtisad Universiteti Zaqatala Filialının direktoru Raqif Qasımov forumun işinə uğurlar arzu edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. 

Həmçinin, tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər. 

Daha sonra "Universitetlərin innovasiya ekosistemində rolu" və "Müasir sahibkarlıqda innovasiyaların rolu" mövzusunda iki panel müzakirə təşkil olunub. 

Sonda qonaqlar Aqrar Universitetinin müasir laboratoriyaları, tələbə parkı, tələbə evləri, maşın traktor parkı, açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, vivarium və istixana komplekslərində maddi-texniki baza ilə yaxından tanış olublar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Dekabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri