ADAUda Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 6 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tələbələr “COP-29” Azərbaycana nə verəcək?”, “Alternativ enerji mənbələri”, “Hərəkət izləyən robot”, “Suyun səviyyəsinin avtomatik idarə olunması”, “Telefonla idarə olunan robot”, "Əl hərəkətləri ilə idarə olunan robot", "Mühərriklərdə olan zədələnmələrin süni intellekt vasitəsilə təyin olunması", "Tesla bobini" mövzularında təqdimatlar ediblər.
Sonra suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparıblar.
Çıxış edən rektor Zəfər Qurbanov tələbələrin təqdimatlarını yüksək qiymətləndirərək, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ADAU-da son illərdə nəzəri elmi biliklərin yüksək səviyyədə öyrənilməsi ilə yanaşı, praktiki biliklərin inkişafına da böyük önəm verilir.
Digər çıxış edənlər də təqdim olunan layihələrin onların praktiki bacarıqlarının inkişafına təkan verəcəyini bildirərək, konfransın işinə uğurlar arzu ediblər.
Sonda tələbələrə fəxri fərmanlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















