Icma.az
close
up
RU
ADB Azərbaycanda KOB lar üçün yaratdığı maliyyə imkanlarını açıqlayıb

ADB Azərbaycanda KOB lar üçün yaratdığı maliyyə imkanlarını açıqlayıb

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda maliyyələşdirici tərəfdaş olmaqla yanaşı, həm də strateji investor kimi mövqe tutur.

"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycan nümayəndəliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, bank təkcə maliyyələşdirmə ilə kifayətlənmir, həm də əlverişli biznes mühitinin yaradılması üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir:

"Yaxşı nümunə kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlığımızı göstərə bilərəm. Ötən il bu əməkdaşlığı rəsmiləşdirərək memorandum imzaladıq. İctimai və özəl tərəfdaşlıq mühitinin formalaşdırılması, yerli qanunvericiliyin təkmilləşdirilməsi və yeni maliyyə alətlərinin işlənməsi üzərində birgə çalışırıq. Qısaca desək, ADB Azərbaycanda strateji investordur. Biz hökumətlə və yerli qurumlarla işləyərək biznes üçün əlverişli mühitin formalaşdırılmasını dəstəkləyir və kiçik və orta biznesə (KOB) fayda gətirmək üçün bütün imkanlardan istifadə edirik".

S. Şabanov əlavə edib ki, ADB həm maliyyə məhsulları ilə, həm də texniki yardım vasitəsilə yerli institutların və KOB-ların potensialını gücləndirir:

"Məsələn, qadınların biznesə çıxış imkanlarının artırılması layihəsini qeyd edə bilərəm. Bu layihə "AccessBank" ASC ilə həyata keçirildi və nəticədə təxminən 30 qadın sahibkarlıq fəaliyyəti dəstək aldı".

Onun sözlərinə görə, ADB Azərbaycanda kommersiya bankları vasitəsilə mikro və kiçik bizneslərə çıxış imkanı yaradır:

"2023-cü ildə "Bank Respublika" ASC-ya milli valyutada kredit təsdiqlədik və həmin vəsaitlər mikro-bizneslərə, o cümlədən qadın sahibkarların rəhbərlik etdiyi bizneslərə yönəldildi. Bundan əlavə, biz "TuranBank" və "Rabitəbank" ilə də əməkdaşlıq edirik. Bu banklar KOB-ların, xüsusilə də sərhədlərarası əməliyyatlarının dəstəklənməsində iştirak edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see167

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri