Icma.az
close
up
RU
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb AzPolitika onlayn siyasiictimai qəzet

ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb AzPolitika onlayn siyasiictimai qəzet

Asiya İnkişaf Bankı (ADB)Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.

"APA-Economics" bu barədə ADB-yə istinadən xəbər verir. Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.

Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.

"Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur" - ADB əlavə edib.

Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri