Icma.az
close
up
RU
ADB dən Qırmızı Körpü ilə bağlı tövsiyə..

ADB dən Qırmızı Körpü ilə bağlı tövsiyə..

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Asiya İnkişaf Bankı (ADB) “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində gözləmə vaxtının azaldılması və səmərəliliyin artırılması üçün rüsumların əvvəlcədən ödənilməsi sisteminin tətbiq edilməsini tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report” ADB-yə istinadən bildirib.

Bank qeyd edib ki, bu tədbir daxil olan yüklərin emalını sürətləndirəcək və həm treyderlərin, həm də gömrük orqanlarının inzibati yükünü azaldacaq.

Tövsiyə 2001-ci ildən bəri hökm sürən iqtisadi qeyri-bərabərliyin azaldılmasına və regional inteqrasiyanın inkişafına yönəlmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) təşəbbüsü çərçivəsində təqdim edilib.

Sərhəd məntəqələrinin “Nəqliyyat və transsərhəd ticarətə yardım” indeksi üzrə qiymətləndirilməsi çərçivəsində ADB “Qırmızı Körpü” keçid məntəqəsi üzrə nəticələri təqdim edib. Belə ki, ümumi orta çəkili səmərəlilik balı 71 %, “Gömrük prosedurları və rəsmiyyətləri” üzrə səmərəlilik 0,55 (79 %), “Gömrük xidmətləri arasında əlaqələndirmə” üzrə 0,15 (77 %), “Nəqliyyat infrastrukturunun dəstəklənməsi” üzrə 0,25 (64 %), “Nəqliyyat qaydaları” üzrə isə 0,05 (0 %) təşkil edir.

Bank əsas sənədlərin elektron emalını, inkişaf etmiş İKT infrastrukturunu, əvvəlcədən gömrük rəsmiləşdirilməsi (pre-arrival clearance) imkanını, Gürcüstanın gömrük orqanları ilə elektron məlumat mübadiləsini və əsas sənədlərin qarşılıqlı tanınmasını üstünlük olaraq qeyd edir.

Həmçinin oxuyun:

Rusiyanın Ermənistanda xüsusi “əməliyyatı”: Putin onu yenidən İrəvana göndərdi

ADB əsas məhdudiyyətlərə sənədlərin əslinin (pasportlar, kommersiya fəaliyyəti üçün sürücülük vəsiqələri, məsuliyyət və yük sığortası şəhadətnaməsi və s.) təqdim edilməsinin icbari xarakter daşımasını, CMR (beynəlxalq nəqliyyat qaiməsi) və gömrük rüsumlarının qaytarılması üçün elektron ərizələrin verilməsinin qeyri-mümkünlüyünü, rüsumlarının əvvəlcədən ödənilməsi seçiminin olmamasını, nəqliyyat vasitələrinin ID-sinin oxunma sisteminin məhdud tətbiqini (yalnız 50 % hallarda), yük nəqliyyat vasitələri üçün çəki və ölçü məhdudiyyətlərinin olmasını, sərhəddə koordinasiyalı idarəetmənin olmamasını və buraxılış qabiliyyətinin aşağı olmasını (hər zolaq üçün saatda cəmi 4,7 yük maşını) aid edib.

Böyük logistika infrastrukturunun mövcudluğuna baxmayaraq, həddindən artıq yüklənmə və tıxaclar səbəbindən gözləmə vaxtı regionun bütün keçid məntəqələri arasında ən yüksək vaxt olaraq qalır.

“Qırmızı Körpü” keçid məntəqəsindən böyük miqdarda təzə sitrus meyvə yükünün keçdiyini nəzərə alaraq, ADB məntəqənin yaxınlığında soyuducu anbarın yaradılmasını tövsiyə edir.

“Temperatur dəyişikliklərinə həssas olan təzə meyvələr tez xarab olduğu üçün sərhəddə aparılan yoxlamalar, boşdayanmalar və saxlama şəraitinin olmaması onların yararlılıq müddətini azalda və xarab olmasına səbəb ola bilər. Soyuducu infrastruktur məhsulun keyfiyyətini qorumağa və zərəri azaltmağa imkan verəcək”, – hesabatda deyilir.

ADB-nin məlumatına görə, 2001-ci ildən 2024-cü il yanvarın 1-dək 276 regional layihəyə 51 milyard ABŞ dollarından çox investisiya cəlb edilib, əsas diqqət multimodal nəqliyyat şəbəkələrinin inkişafına, ticarətin yaxşılaşdırılmasına, sərbəst hərəkətə və iqtisadi dəhlizlərin formalaşdırılmasına yönəlib.

CAREC proqramı çərçivəsində nəqliyyat sektoru üçün investisiyanın əsas alıcısı olan ölkələr Qazaxıstan (24,6 % və ya təxminən 8,44 milyard ABŞ dolları), Özbəkistan (19 % və ya 6,52 milyard ABŞ dolları) və Azərbaycandır (16,3 % və ya 5,59 milyard ABŞ dolları). Ümumilikdə, bütün investisiyaların 67,4 %-i və ya təxminən 34,3 milyard ABŞ dolları nəqliyyat infrastrukturunun payına düşür.

ADB vurğulayır ki, CAREC ölkələrinin əksəriyyəti təbii ehtiyatlarla zəngindir, Azərbaycan və Qazaxıstan neft və qazın əsas ixracatçılarıdır, Monqolustan, Türkmənistan və Özbəkistan isə böyük həcmdə digər faydalı qazıntı ehtiyatlarına malikdir. 2023-cü ildə CAREC ölkələrinin ümumi ixracı 202 milyard ABŞ dolları təşkil edib, bunun 84,39 milyard ABŞ dolları Qazaxıstanın, 38,15 milyard ABŞ dolları Azərbaycanın, 31,18 milyard ABŞ dolları isə Pakistanın payınü düşüb ki, bu da region üzrə bütün ixracın təxminən 70 %-nə bərabərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri