ADB: Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər".
"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Cinmin Huanq deyib.
O bildirib ki, kiçik ada dövlətlərində turizmin müəyyən şəhər və bölgələrdə cəmləşməsi mənzil, infrastruktur və şəhər xidmətləri üzərində ciddi təzyiq yaradır.
Cinmin Huanq qeyd edib ki, ADB-nin Palau ölkəsində dəstəklədiyi Koror–Babeldaob Dayanıqlı Şəhər İnkişafı Strategiyası bu problemin həlli üçün alternativ model təklif edir: "Strategiya turist axınının ölkənin əsas şəhər mərkəzi olan Korordan iqtisadi potensialı yüksək, lakin daha az inkişaf etmiş Babeldaob adasına yönləndirilməsini nəzərdə tutur".
Onun sözlərinə görə, bu yanaşma yeni yaşayış məntəqələrinin və dayanıqlı mənzil layihələrinin yaranmasına şərait yaradır, eyni zamanda iqtisadi aktivliyi daha balanslı şəkildə bölüşdürür.
ADB rəsmisi vurğulayıb ki, düzgün şəhərsalma planlaşdırılması sayəsində turizmin inkişafı, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığı və əsas kommunal xidmətlərin genişləndirilməsi eyni vaxtda təmin oluna bilər.
O əlavə edib ki, Palau hökuməti artıq strategiyanı təsdiqləyib və hazırda onun həyata keçirilməsi üçün özəl sektor da daxil olmaqla yeni investisiyaların cəlb olunması istiqamətində iş aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 May 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















