Icma.az
close
up
RU
Adı kəndlilərin, dadı alverçilərin... “Kənddən Şəhərə” yarmarkası niyə işbazların ƏLİNƏ KEÇİB?

Adı kəndlilərin, dadı alverçilərin... “Kənddən Şəhərə” yarmarkası niyə işbazların ƏLİNƏ KEÇİB?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni il yaxınlaşdıqca bir sıra ərzaq məhsullarının qiyməti yüksəlir. Xüsusən də, kəndlərdə, həyətyanı təsərrüfatlarda bəslənilən quşların qiymətində kəskin bahalaşma var. Məsələn, “kənd beçəsi”nin 1 kiloqramı 10-13 manata, hind toyuğunun kiloqramı cinsindən asılı olaraq 17-22 manat arasında dəyişir.
Bundan əlavə, qaz, ördək və digər quşların da qiymətində kəskin artım var.
Mütəxəssislər hesab edir ki, bu qiymət artımı bir çox hallarda süni yaradılır. Çünki kəndlilər yetişdirdikləri məhsulları gətirib şəhərdə sata bilmir. Bunun üçün lazımi imkanlar yoxdur. Məcburiyyət qarşısında qalan təsərrüfat sahibləri bəslədiyi quşları dəyər-dəyməzinə alverçilərə satırlar.
Onlar da özlərinə məxsus şəbəkələrdə rahatlıqla həmin quşları müştərilərə təqdim edirlər. Hətta Bakı şəhərindəki bazarlara belə xırda təsərrüfat sahiblərinin girişi müşkül məsələyə çevrilib. Ona görə də bu bazarlara üz tutan kəndliləri də qarşılayan və yola salan ancaq alverçilərdir.
Yoxa çıxan yarmarkalar
Kənd Təsərrüfatı Nazirliyi əvvəllər davamlı olaraq “Kənddən şəhərə” yarmarkası təşkil edirdi. Ancaq son bir ildə bu ənənə də pozulub. Yalnız bu günlərdə Nazirlik elan verib ki, Bakı şəhərində bir ünvanda - “Gənclik” metrosu yaxınlığında ənənəvi yarmarka təşkil ediləcək. Təbii ki, milyonlarla əhalinin yaşadığı Bakıda cəmi bir ünvanda yarmarkanın təşkili də faydasızdır.
Bəs nə etməli?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər nə qədər alverçilər üstünlük təşkil etsələr də, əvvəllər şəhərin ayrı-ayrı ünvanlarında yarmarkalar təşkil edilirdi:
“Bu da qiymətlərə müəyyən təsir edir, alıcıların seçim imkanını artırırdı. Amma nəyə görəsə son zamanlar bu ənənə pozulub. Bundan ən çox faydalanan isə işbazlardır. Onlar marketlər şəbəkələri ilə işbirliyinə gedərək süni şəkildə qiymətləri qaldırırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bir qurum var: Aqrar tədarük və təchizatASC. Bu qurumun nəylə məşğul olduğu bilinmir. Yaxşı olardı ki, həmin qurum regionlarda xüsusi tədarük kontorları açsın. Həmin kontorlar da birbaşa kəndlərdə xırda təsərrüfat sahibləri ilə ünsiyyətdə olub, istehsal etdiklərini məhsulları rahat şəkildə onlardan ala bilər. Nəticədə, həm istehsalçının marağı artar, həm də süni qiymət artımının qarşısı alınar”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz faydasız oldu.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə Bizim.Media-ya bildirilib ki,  bu il də yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri