Icma.az
close
up
RU
Adı kimi nadir insanlardan biri...

Adı kimi nadir insanlardan biri...

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nadir Məmmədli- 65

Ötən ilin sentyabr ayında onun 65 yaşı tamam olub. Növbəti ad gününə isə, bir neçə ay qalıb. Deməli, hələ də onun üçün yubiley ili davam edir. Fürsətdən istifadə edib, onun haqqında bildiklərimi gec də olsa sizinlə bölüşmək istəyirəm. Çünki rusların atalar məsəlində deyildiyi kimi- gec olmağı, heç vaxt olmamağından yaxşıdır...

Fitrətindən gələn təbii analitik bacarığı var. Hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyi bacarır. Adətən, mükəmməllik axtarışı və detallara olan diqqəti ilə seçilir. Çalışqan və məsuliyyətli adamdır. Hər zaman öz üzərlərinə düşən vəzifəniyerinə yetirmək üçün yüksək səy göstərir. Onu həm də planlı iş görməsi və təşkilatçılıq qabiliyyəti ilə tanıyırlar. Nizam-intizamı çox sevir və hər şeyi müəyyən qaydasına uyğun etməyi xoşlayır. O, hətta ətraflarındakı kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir. Bu da onu həm işdə, həm də şəxsi həyatda çox vaxt uğurlu edir...

Deyir ki:- “Dünyada yazmaqdan çətin bir iş yoxdur. Yəni, yazmaq belədir ki, ağ vərəqlə üz-üzə oturursan. Yazılı nitqinqanunlarına görə öz yazını redaktə edə bilirsən, yazını dəyişdirə bilirsən. Hər şey sənin əlindədir. Ancaq, yazmaq mənim üçün çox şirindir, həddindən artıq. Çünki sonra mən həmin yazını oxuyanda, fikirləşirəm ki, necə yaxşı fikirləşmişəm, nə yaxşı fikirlərlə yazmışam, yaxşı yazmışam. İnsanlara həmişə yaxşılıq arzulamışam. Yazılarımın heç birində mənfi bir emosiya yoxdur. Heç vaxt olmayıb. Elmi əsərlər, elmi məqalələr yazandan sonra xeyli fikirləşirəm yazını elə yazmaq lazımdır ki, oxucu bunu başa düşsün. Yəni skeptip kimi özümə qapanım, öz yazılarımı heç kim başa düşməsin, yox! Əksinə. Elmi əsəri, elmi məqaləni elə yazıram ki, oxucuda yaxşı bir hiss, ovqat oyatsın. Mən dilçiyəm axı. Dilimizin qanunlarını gözləyirəm, dilimizin gözəlliklərini çatdırıram yazılarımda. Birinci növbədə nə edirəm? Düzdür, elmi üslubda bir balaca çətindir. Ancaq hər halda o sözləri tapıb işlədirəm ki, onlar bizim məişətimizdə var. Öz dilimizin şirinliyini, gözəlliyini insanlara daddıraq. Bəziləri çalışır ki, əcnəbi dillərdən yeni sözlər işlətsin öz məqalələrində. Mən isə öz ana dilimizdə olan sözlərdən daha çox istifadə edirəm, əcnəbi sözlərdən qaçmağa çalışıram...”

Yuxarıda qeyd etdiyim kimi, ona xas olan ən böyük xüsusiyyətlərdən biri güclü analitik düşüncə tərzinə sahib olmasıdır. O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı insandır və xəyanətdən zəhləsi gedir. O, başqalarına kömək etməkdən zövq alır və bu səbəbdən də, tanıyanlarının yanında xətri çox əzizdir...

“Elm adamıyam, gəlib bu səviyyəyə çatmışam. Bir az utanıramda ki, özümə professor deyim. Lakin hər halda bu adı qazanmışam. Mükafatların demək olar ki, hamısını almışam. Təhsil Nazirliyindən də və s.. Yəni, mənim üçün çalşdığım kollektivdə kənar adam yoxdur. Su töküldü qaba, oldu içməli. Heç rəhbərlik etdiyim nəşriyyata da təsadüfi adamlar gəlmir, əksəriyyəti tanınmış şair, yazıçı, elm adamlarıdır. Ətrafım çox genişdir, lakin bir məsələ var ki, ziyalılar bir şeydə həmişə çətinlik çəkirlər. Onların çoxunəşriyyatla mətbəəni ayıra bilmirlər. Respublikada gerçək həyatda ən tez tora düşən, ən tez aldanan da ziyalılardır. Mən bunu kənardan müşahidə edə bilirəm. Amma nəşriyyatımız respublikada o müəssisələrdəndir ki, bizim adımız nəşriyyat və poliqrafiyadır. Deməli həm nəşriyyat, həm də poliqrafiya, mətbəə statusumuz var.”- söyləyir.

Baxmayaraq ki, 65 yaşı var, lakin özünütəkmilləşdirmə və öyrənmə arzusu hələ də onu tərk etməyib. O, yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışır. Sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Və həmişə də ətrafındakı insanlara sağlam həyat tərzini təbliğ edir...

Bildinizmi, bu dəfəki söhbətimin qəhrəmanı kimdir? Filologiya elmləri doktoru, professor Nadir Məmmədli. O, 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1977-1979-cu illərdə Moskva şəhərində əsgəri xidmətdə olub. 1985-ci ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1988-ci ildə isə indiki Azərbaycan Dillər Universitetinin nəzdindəki xarici dillərin iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. 1989-1992-ci illərdəMoskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992-1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçininİran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib. İndiyədək bir neçə elm ocaqlarında çalışıb. Hazırda pedaqoji fəaliyyəti ilə yanaşı, AMEA-nın Dilçilik İnstitutunun baş direktorudur. 1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib...

Deyir ki:- “Dilçilik İnstitutu öz fəaliyyətində hər zaman dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almağa çalışır. Azərbaycan dilçiliyinin və Azərbaycan dilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin müasir dilçilik metodlarının tətbiq edilməsi ilə tədqiqi, Azərbaycan dilinin tarixi morfologiyası, müasir dilçilik cərəyan və məktəblərinin dərindən və hərtərəfli öyrənilməsi, nəzəri dilçilik istiqamətində tədqiqatların genişləndirilməsi institut olaraq qarşımızda duran əzaz vəzifələrdir. Eyni zamanda, müasir dilçilik nəzəriyyələrinin Azərbaycan dilinin materialları əsasında araşdırılması, müasir texnologiyaların tətbiqi ilə Azərbaycan dilinin və dilçiliyinin inkişafıyla bağlı kompleks proqramların hazırlanması və s. institutun əsas prioritet istiqamətlərindəndir...”

On beşə yaxın kitab, o cümlədən 5 monoqrafiyanın, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqaləninmüəllifidir. Elmi-publisistik yazıları həmçinin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin qəzet və jurnallarında dərc edilib. Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxışlar edib. Əsərləri İran, Türkiyə, Qirğizistan, Rusiya, Hindistan, Yaponiya, Şri-Lanka və başqa ölkərlərdə nəşr olunub...

Xeyli səmimi adamdır. Xüsusiyyətlərini bilsəniz, onunla asanlıqla anlaşacaqsınız. Diqqətlidir, nizam-intizama, səliqə-səhmana, təmizliyə böyük önəm verir. O, göstərişdən və lovğalıqdan çox uzaqdır. İdarə etmədə, o cümlədən təşkilatçılıqda mütəşəkkildir.İnanılmaz dərəcədə ağıllıdır və həmişə aldığı məlumatları özü üçün təhlil etməklə məşğuldur, dərin zəkası onu heç vaxt yanıltmır. O, ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan həzz alır. Düşdüyü hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. Bir işi başa vurdusa, növbəti işi də uğurla başa vurmaq üçün həmişə hazırdır...

Xülasə, haqqında söhbət açdığım Nadir Məmmədli həm alim, həm dost, həm yoldaş və həm də bir insan kimi çox mükəmməldir. Adı kimi nadir insanlardan biridir. Onu sevmək imandandır...

Yeri gəlmişkən, gec də olsa 65 yaşını təbrik edirəm!..

Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see267

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see252

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see245

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see243

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see242

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see238

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see236

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see226

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see223

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see214

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see213

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see210

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see209

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see208

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see193

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see191

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see185

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see181

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see179

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri