Icma.az
close
up
RU
Adı tarixdə yaşayan snayper Baloğlan Abbasov FOTO

Adı tarixdə yaşayan snayper Baloğlan Abbasov FOTO

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

İkinci Dünya müharibəsində hünər göstərib adını tarixə yazan Azərbaycanın qəhrəman oğullardan bir Baloğlan Abbasovdur. Bu, ölümsüzlüyə qovuşan qəhrəman 1919-cu ildə dekabrın 15-i Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya göz açıb. Lənkəran camaatı dünyanı faşist kabusundan azad etməkdə canından keçən igid oğlunu həmişə böyük ehtiramla yad edir.
Baloğlan Mirzağa oğlu Abbasovun ömür yolu cəmi 23 il çəkib. Qaldı ki, olduqca şərəfli bir həyat yaşayıb. O, Lənkəran Subtropik Bitkilər Texnikumunu bitirdikdən sonra doğma kəndində təsərrüfatda işləyib. 1939-cu ildə sovet ordusu sıralarına çağırılıb, 1941-ci ildə Ukrayna, 1942-ci ildə isə Stalinqrad (Volqoqrad) cəbhələrində düşmənə qarşı döyüşüb. Həmçinin xidmət etdiyi hissədə snayperlik hərəkatının təşəbbüsçülərindən biri kimi tanınıb. Serjant Baloğlan Abbasov 51 günə 106 alman faşisti öldürüb , usta atıcılar arasında birinci yer tutub. Onun təlim keçdiyi snayperlər tərəfindən isə həmin zaman 615 düşmən döyüşçüsü məhv edilib.
Azərbaycanın qartal oğlu həmişə öndə getməklə düşmənə göz açmağa imkan verməyib. 1942-ci ildə noyabrın 19-u sovet qoşunlarının hücumu zamanı döyüşdə həlak olan taqım komandirinin vəzifəsinə öz üzərinə götürüb və almanlarla əlbəyaxa döyüşdən zəfərlə çıxıblar.
1942-ci ildə noyabrın 23-ü Stalinqrad vilayətinin Qorodişenski rayonunda düşmənin möhkəmləndirilmiş məntəqəsinə sovet qoşunların hücumu başlanıb. Bu zaman Baloğlan son nəfəsinə qədər qəhrəmancasına döyüşüb və həlak olub. Ölümündən sonra “Qırmızı Bayraq” ordeninə, “İgidliyə görə” medalına layiq görülüb. Dəfələrlə Ali Baş Komandanlığın təşəkkürünü alıb. Stalinqrad Cəbhəsi Hərbi Şurasının qərarı əsasən Abbasovun adı əbədi olaraq qvardiya diviziyası şəxsi heyətinin siyahısına yazılıb. Bütün bunlardan əlavə 1943-cü ildə Moskvada rus yazıçısı Pyotr Pavlenkonun “Baloğlan Abbasov” adlı kitabı işıq üzü görüb. Kitabdakı aşağıdakı fikirlər daha çox diqqəti cəlb edir: ” Əgər azərbaycanlı şair qəhrəman haqqında mahnı demək istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin…Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin…Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın. İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman deyildir; əsl qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Baloğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin”. Həmçinin Şəkər Aslanın “Mən qayıtmasam”, Mirhafiz Bahadırın “Berlinə açılan tüfəng” poemalarında , eləcə Etibar Əhədovun “Odlu izlərlə” sənədli povestində Baloğlan Abbasovun misilsiz şücaətindən danışılır. Sovet vaxtı uzun müddət onun adına sovxoz fəaliyyət göstərib. Tərəvəzçilik üzrə ixtisaslaşmış təsərrüfat bütün sovet respublikalarında məşhur olub. Hazırda Lənkəran şəhərində küçələrdən biri onun adını daşıyır . Rayonun Kənarmeşə kəndində idarə binasının qarşısında qəhrəmanın abidəsi qoyulub. .
Stalinqradda Mamay təpəsində qoyulan abidə kompleksində Abbasovun adı həkk edilib.
Bəli, qəhrəmanlar heç vaxt unudulmur. Onların keçdikləri həyat yolları zaman-zaman gələcək nəsillərə örnək göstərilir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri