Icma.az
close
up
RU
Adil Əliyev Zəfər Bayramını şəhid ailələri və qazilərlə qeyd etdi FOTOLAR

Adil Əliyev Zəfər Bayramını şəhid ailələri və qazilərlə qeyd etdi FOTOLAR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Suraxanı Rayonunda “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı zəfərimizin 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

3 noyabr 2025-ci il tarixdə “Cihan Event Hall”da Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təqdim etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənə Zəfər Yaraşır, Azərbaycan!” adlı zəfərimizin 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Gununsesi.info xəbər verir ki, tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ceyhun Məmmədov, Qaya Məmmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yerli tədbirlərin təşkili şöbəsinin rəhbəri Nərminə xanım Qafarlı, Vətən Müharibəsi Qəhrəmanı cənab Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO – Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART – TERAPİST Mehriban xanım Alışova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq dedi ki, 27 sentyabrda tarixində İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu və 8 noyabrda mütləq qələbə ilə başa çatdı. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev çıxış edərək qeyd etmişdir ki, 8 Noyabr təkcə Qarabağda deyil, bütün sahələrdə ölkəmizin zəfərinin günüdür. İkinci Qarabağ müharibəsində xalqımızın yeganə amalı Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında sıx birləşmək və düşmən üzərində tam Qələbə qazanmaq idi və məhz belə də oldu. Ömür boyu birgəyaşayışın, tolerantlığın, multikulturalizmin ünvanı olan Azərbaycanda yaşayan, dilindən, dinindən, etnik kimliyindən asılı olmayaraq, bütün xalqların nümayəndələri çiyin-çiyinə döyüş meydanına atıldılar. Xalqımız igidlərimizi birlikdə döyüşlərə yola salıb onları Zəfərlə qarşıladı. Şəhid ailələrinin yalnız “Qələbə!” demələri hərbçilərimizi ruhlandırdı və arxasında xalqın dəstəyini hiss edən qəhrəman hərbçilərimiz misilsiz şücaətlər göstərdilər.
Çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ceyhun Məmmədov və Qaya Məmmədov da öz növbələrində Azərbaycan xalqının şanlı zəfərinə toxunaraq bildirdilər ki, 8 noyabr 2020-ci ildə Azərbaycan tarixində ən böyük hadisələrdən biri yaşandı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın daha ağır fəlakətdən yeganə çıxış yolu kapitulyasiya aktını imzalamaqdan keçirdi və düşmən bu sənədi imzalamaqla uduzduğunu qəbul etdi.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO – Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART – TERAPİST Mehriban Alışova, Vətən Müharibəsi şəhidi, tank bölüyünün komandiri, baş leytenant Elvin Əlimovun anası, YAP Suraxanı rayon təşkilatının fəal üzvü, 280 nömrəli tam orta məktəbin müəllimi İradə Əlimova çıxış edərək dedilər ki, Əsas məsələlərdən biri də şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdır. Bizə tarixi Qələbəmizi bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlət tərəfindən ən ali diqqət və qayğı göstərilir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının bir qrup üzvü rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə təltif edilmişlər. Eyni zamanda da şəhid övladlarına YAP Suraxanı rayon təşkilatı tərəfindən hədiyyələr və Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESKO – Beynəlxalq İncəsənət Assosiyasiyasının üzvü, ART – TERAPİST Mehriban Alışova tərəfindən rəsm tabloları hədiyyə edilmişdir.

Tədbir mədəniyyət və incəsənət xadimlərinin nümunəvi çıxışları ilə davam etmişdir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri