Icma.az
close
up
RU
Adil Əliyevin mühakimə olunan yaxın qohumu barəsində qərar verildi

Adil Əliyevin mühakimə olunan yaxın qohumu barəsində qərar verildi

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin mühakimə olunan yaxın qohumu İsa Əzizov barəsində məhkəmə qərarı elan edilib.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda İsa Əzizovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq, məhkəmə onu ümumi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərib.

Məhkəmə istintaqı zamanı bilinib ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq edib. İlkin mərhələdə ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılsa da, istintaq dərinləşdikcə ittihamlar ağırlaşıb və əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə yenidən tövsif edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, bu, İsa Əzizovun ilk qanunsuz əməli deyil. Belə ki, o, daha əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra isə 2019-cu ildə paytaxtın mərkəzində baş verən silahlı hadisədə fəal iştirak edib. Həmin insidentdə polis əməkdaşlarının təslim olmaq çağırışlarına qarşı İsa Əzizov bıçaqla təhlükəli müqavimət göstərib.

Məhkəmə psixiatrik ekspertizanın rəyinə əsaslanaraq İsa Əzizovun məcburi müalicəyə ciddi ehtiyacı olduğu qənaətinə gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri