Icma.az
close
up
RU
Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər

Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağırıla bilər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Muay-Tay Federasiyasının sədri Araz Musayevin Türkiyədə bıçaqlanması ətrafında müzakirələr intensivləşib. O, bu hadisədə birmənalı olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi günahlandır. Belə ki, A.Musayev A.Əliyevin onu “aradan götürmək üçün” killer tutduğunu iddia edir. Lakin qarşı tərəf bunun həqiqətə uyğun olmadığını bildirib.

Adil Əliyev barəsində səsləndirilən iddialara cavab olaraq bildirib ki, onun Araz Musayevə qarşı sui-qəsdin təşkili ilə heç bir əlaqəsi yoxdur. İcra başçısı bunu özünə qarşı şər-böhtan kampaniyasının tərkib hissəsi adlandırıb.

Araz Musayevin dedikləri ilə bağlı Adil Əliyev istintaqa çağırıla bilərmi? İstintaq bu versiyanı araşdırmalıdırmı?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanovun sözlərinə görə, məsələ araşdırılmalıdır.

O bildirib ki, ittiham olunan şəxs istintaqa dəvət olunmalıdır:

“Azərbaycan-Türkiyə arasında hüquqi yardımlaşma haqqında müqavilə mövcuddur. Tərəflər onun ərazisində vətəndaşlara qarşı törədilmiş hər hansı bir cinayətin açılmasında, araşdırılmasında müştərək qaydada fəaliyyət göstərə bilər. Qeyd edim ki, hazırkı cinayət Türkiyədə baş verdiyi üçün araşdırma həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən aparılacaq. Lakin Azərbaycan tərəfindən bununla bağlı təşəbbüs olarsa, Türkiyədə bu məsələ yoxlanıla və Azərbaycan hüquq mühafizə orqanı əməkdaşlarının cinayətin araşdırılmasında iştirakı müzakirə edilə bilər”.


Ramil Süleymanov

Vəkil qeyd edib ki, Araz Musayev cinayətə məruz qalmamışdan öncə və sonra şəxslə bağlı ittiham irəli sürüb:

“Burada Araz Musayevin Adil Əliyev haqqında ittiham xarakterli müraciəti var. Qeyd edim ki, Türkiyə tərəfindən Adil Əliyevin bu məsələ ilə bağlı şahid qismində çağırılması və ya Türkiyə hüquq mühafizə orqanlarına şahid kimi təqdim olunması Azərbaycan dövlətindən istənilə bilər. Azərbaycan isə təşəbbüs göstərib, cinayətin araşadırılması ilə bağlı Türkiyəyə müraciət edə və ya müştərək araşdırma ilə bağlı qoşulma barədə müraciət ünvanlıya bilər. İstənilən halda, baş verən hadisə ilə bağlı araşdırma kifayət qədər ciddi aparılmalıdır. Qanunvericiliyin tələblərindən biri ondan ibarətdir ki, KİV-də yayımlanan məsələlərlə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmaların aparılması şərtdir”.

Müsahibimizin fikrincə, Adil Əliyev istintaq orqanına təqdim olunmalıdır:

“Adil Əliyevlə Araz Musayev arasında aparılan yazışmalar, mübahisələr aidiyyəti qurum tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Bir məsələni də qeyd edim ki, ittiham xarakterli müraciətlər hər zaman səhih olmur. İstintaq orqanı müəyyən etsə ki, Araz Musayevin məruz qaldığı cinayət adını çəkdiyi şəxs tərəfindən icra olunub, o zaman ilk növbədə şəxsin statusu şahid qismində müəyyən olunmaqla onun barəsində araşdırma aparılacaq. Sübut olunarsa ki, Adil Əliyev həqiqətən də cinayətin törədilməsində iştirak edib, onda ilk növbədə şübhəli şəxs, daha sonra isə təqsirləndirilən şəxs qismində barəsində araşdırma aparıla bilər”.

R.Süleymanovun fikrincə, Araz Musayevin dedikləri öz təsdiqini taparsa, Adil Əliyev həbs oluna bilər:

“Baş verən hadisə xüsusilə ağır cinayət hesab olunur. Əgər Adil Əliyevin günahı sübuta yetirilərsə, o, 12 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası ala bilər. Çünki burada söhbət qruplaşmadan, cinayətin sifarişindən gedir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 İyun 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri