Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunun açılış mərasimində iştirak edib FOTOLAR
Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu işə başlayıb.
Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər. Ali nümayəndənin dəvəti ilə ölkəmiz də forumda təmsil olunur.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib.
Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.

Baxış sayı:98
Mənbə:https://demokrat.az
sivilizasiyalar alyansının
20 illik
20 illiyinə
adil kərimli
adlı qlobal
ali nümayəndənin
ali nümayəndəsi
alyansının ali
alyansının unaoc
alyansının yaranmasının
antonio quterreş
anxel moratinos
azərbaycan respublikasının
açılış mərasimində
baş katibi
baş