Adil Kərimli Migel Anxel Moratinosla görüşüb
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" kimi aktual mövzuya həsr olunduğunu bildirib.
Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır.
Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və ölkəmizin bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb.
Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad görüşə görə təşəkkür ediblər. Qonaqlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq platforması olan "Bakı Prosesi"nin əhəmiyyətinin ildən-ilə artdığını bildiriblər. Ali nümayəndə qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu qeyd olunub və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















