Icma.az
close
up
RU
Adil Kərimli: Yuğ Teatrına bina axtarışı istiqamətində işlər aparılır

Adil Kərimli: Yuğ Teatrına bina axtarışı istiqamətində işlər aparılır

“Ölkəmizdə teatr fəaliyyəti inkişaf etməkdədir. Dövlətimizin teatra qayğısı danılmazdır. Xarici ölkələrdən fərqli olaraq, teatrlara qoyulan investisiya yüksəkdir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bir çox teatrın fəaliyyəti onların müstəqil binasının nə dərəcədə uğurlu olmasından asılıdır: “Yuğ Teatrı kimi peşəkar kollektivi olan teatrın fəaliyyəti üçün ciddi infrastruktur şəraiti olan binanın axtarışı istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər aparılır və qısa zamanda onların normal fəaliyyətini bərpa etmək üçün uyğun məkan tapılıb təqdim veriləcək”.

seeBaxış sayı:72
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri