Adil Şükürov: Əks halda bizi seçmə mərhələdə acınacaqlı nəticələr gözləyir
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Millimiz bu heyətlə Haiti və Belarus millisinə uduzmamalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssisin fikrincə, yığmada gəncləşdirmə prossesini tamamlamaq lazımdır:
"Milliyə cəlb olunan futbolçuların hamısı öz klublarında daima heyətdə çıxış edir və yetərincə yaxşı futbol sərgiləyirlər. Ona görə düşünürəm ki, bu cür oyunlarla milli komanda da tədricən gəncləşdirmə prosesini tamamlamaq lazımdır. Həm də gənc dediyimiz Xəyal, Nəriman, Ağadadaş və Şahin öz klublarında daima əsas heyətdə oynayırlar. Ümumiyətlə, millinin əsas heyətini seçmə mərhələ oyunları başlayana qədər formalaşdırmaq lazımdır. Əks halda bizi seçmə mərhələdə acınacaqlı nəticələr gözləyir".
Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















