Icma.az
close
up
RU
Adil Şükürov: Kamal Umudlu ədalətli olmadı

Adil Şükürov: Kamal Umudlu ədalətli olmadı

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov apasport.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) baş verənlər diqqət çəkdi. “Köhlən atlar”ın bu görüşdə qələbəsi yəqin ki, gözlənilməz deyildi. Ağdam təmsilçisinə Premyer Liqada hansısa komandanın çatması qeyri-realdır?
- “Araz-Naxçıvan” - “Qarabağ” oyununda Ağdam klubunun favorit olmasına heç kimin şübhəsi yox idi. Amma son dönəmlərdə “Qarabağ”ın qeyri-stabil oyunu və komandaların onlara qarşı daha aqressiv çıxış etməsi, komandaların “Qarabağ”a qalib gəlməsi, bərabərliyi ilə də nəticələnib. Bu cür olduqda çempionatda iştirak edən və sonuncu yerdə qərarlaşan “Səbail” belə “Qarabağ”a qollar vurmasının mümkünlüyünü anlayır. Buna görə də turnir cədvəlinin üst pillələrində olan komandaların hər biri çempionatın sonunda avrokuboklara yollanmaq üçün qazanılan hər xalın vacibliyini başa düşür və bunun üçün də bütün komandalara qarşı aqressiv oyun nümayiş etdirirlər. Ona görə də, düşünmürəm ki, “Araz-Naxçıvan” bu oyunda məğlub olacağını hesab edərək oyuna çıxmışdı. Oyunun ilk dəqiqələrində Elmar Baxşıyevin komandası daha istəkli və aqressiv oyun nümayiş etdirib hesabı açdı. Qoldan sonra da “Araz-Naxçıvan” imkan əldə etdikcə, hücum edərək ikinci qolu vurmaq istəyirdi. Sadəcə Kristian Avramın səhvi nəticəsində “Qarabağ” hesabı bərabərləşdirdi. “Qarabağ” bərabərlik qolunu vurmasaydı, ikinci hissənin daha maraqlı olacağına yəqin ki, heç kim şübhə etməzdi.

- Bu görüşdə ən çox diqqətçəkən məqam dava-dalaş idi. Yassin Benzianın Felipe Santosa jestindən sonra ara-qarışdı. Amma orda yalnız Santosa qırmızı vərəqə verildi. Sizcə, nəyə görə Kamal Umudlu “Qarabağ”dan heç kimə qırmızı vərəqə göstərmədi, qorxdu?
- Oyun ərzində nəinki Benziaya, bütün “Qarabağ” futbolçularına qarşı qaydalar çərçivəsində aqressiv oyun var idi. Bu da anlaşılandır. Çünki yuxarıda da qeyd etdiyim kimi, avroliqa mübarizəsi çempionatın sonlarına yaxın daha da aqressivləşəcək və son turlarda turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaların xal itirməsi bu mübarizəni bir az da sərtləşdirir. Benzianın o epizodda verdiyi reaksiya demək olar ki, bütün olayların başlanğıcı oldu. Təbii ki, Felipe Santosun reaksiyası da özünü gözlətmədi, amma burda təkcə “Araz-Naxçıvan”ın oyunçusunun cəzalanması Kamal Umudlu tərəfindən ədalətli olmadı. 

- Daha bir diqqətçəkən məqam isə Musa Qurbanlının özündən çıxması idi. Ondan gözləntilər bu aqressiyanı Avropada oynadığı dövrdə göstərməsi idi, amma o aqressiyasını daha çox Felipe Santosun üzərinə şığıması ilə göstərdi. Musa Qurbanlı barədə düşüncəniz necədir?
- Əslində, Musa fikir verdinizsə, ilk olaraq mübahisəni sakitləşdirmək üçün yaxınlaşmışdı. Musanı yerə yıxdıqdan sonra aqressivləşdi. O ki, qaldı Avropada oynadığı dönəmə, məncə bu onun üçün böyük təcrübə oldu və Allah qoysa, gələcəkdə Musa Avropada oynayacağı təqdirdə, daha uğurlu olacaq.

- “Araz-Naxçıvan"ın Premyer Liqada işlərinin mövsümün əvvəlindəki kimi yaxşı getməməsi nə ilə əlaqədardır? Sizcə, bu komandaya qarşı hakimlər tərəfdən təzyiq, qərəz var? Onların yuxarı pillələrdə qərarlaşması həqiqətən kimlərinsə xoşuna gəlmir?
- Elmar Baxşıyev “Araz-Naxçıvan”ı təcrübəli və tanıdığı yaxşı futbolçulardan formalaşdırıb. Bu komanda ilə sezonun əvvəlində göstərdiyi nəticələr də göz qabağındadır. Sadəcə indiki dönəmdə digər komandalar “Araz-Naxçıvan”a qarşı oynayarkən, daha məlumatlı olaraq yanaşırlar. Yəni komandalar artıq bir-birlərinə qarşı üç dövrə oynayıblar. Heyətdə olan  və ehtiyatda oturan bütün futbolçuları təhlil edərək incələyiblər. Fikir  versək, görərik ki, çempionatın sonlarına qarşı bütün komandalarda bu cür nəticələr qeydə alınır. Ona görə belə fikirlər komandaya təsir etməməlidir və öz bacardığı futbolu daha da sürətləndirməlidir.

- “Qarabağ" avrokuboklardakı çıxışını dayandırdıqdan sonra daxili liqada necə görünür? Enişdədir, yoxsa yüksəlişdə? "Qızıl dubl" edə biləcəklər? 
- “Qarabağ” avrokubok oyunlarını sonlandırdıqdan sonra düşünürdüm ki, artıq bu komanda xallarını çox rahatlıqla toplayıb, “qızıl dubl” edəcək. Amma indiki dönəmdə komandada sanki yerli çempionatda oynamaq həvəsi qalmayıb.

Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…” “Neftçi” "Turan Tovuz”la bacarmadı - YENİLƏNİB “Neftçi” Emin Mahmudovu mükafatlandırıb Azər Bağırov: "Daxildəki problemi axtarıb tapacam" Vaqif Cavadov: "Az danışmağa başlamışam"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri