Icma.az
close
up
RU
Adil Şükürov: “Komanda kimi hədəfimiz Premyer Liqaya qayıtmaqdır” MÜSAHİBƏ

Adil Şükürov: “Komanda kimi hədəfimiz Premyer Liqaya qayıtmaqdır” MÜSAHİBƏ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qeyd etdiyim kimi, komandada zədəli futbolçular var. Onların bu oyunda iştirak etməyəcəyini nəzərə alaraq, heyətin qurulmasında çətinlik yaşayırıq”.

Bunu Birinci Liqada mübarizə aparan “Səbail”in baş məşqçisi Adil Şükürov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Qış fasiləsindən sonrakı ilk oyunda Birinci Liqada səfərdə “Zaqatala” üzərində 1:0 hesablı qələbə qazandınız. Komandanızın sərgilədiyi oyundan tam razı qaldınız?

– Qış hazırlıq dövrü bizim üçün ağır oldu. Komandamızdan aparıcı oyunçumuz Rəhman Hacıyev ayrıldı. Bundan əlavə, təlim-məşq toplanışının sonuna yaxın iki futbolçumuz – Yusif və Zahir zədələndi, bu da “Zaqatala” ilə oyunöncəsi bizi ağır vəziyyətə qoydu. Bu azmış kimi, “Zaqatala” ilə görüşün sonlarında əsas hücumçularımızdan biri olan Emil Qasımov zədələndi. Yüngül zədəli futbolçuları da nəzərə alsaq, komandada 6 nəfər müalicədədir.

– Növbəti oyunda “Şəfa”nı qəbul edəcəksiniz. Qələbə qazana və liderlə aradakı xal fərqini 3-ə endirə biləcəksiniz?

– “Şəfa” yaxşı futbolçulardan formalaşmış komandadır və bu gün yarışda birinci sıradadır. Rəqib komanda şəklində kəsərli hücumlar təşkil edə bilir. Bu isə istənilən komandaya çətinlik deməkdir. Buna baxmayaraq, “Şəfa”da da boşluqlar var və çalışıb həmin boşluqlardan yararlanmaq lazımdır.

– “Şəfa” ilə oyunöncəsi zədəli futbolçuların çoxluğu sizi narahat etməyə bilməz…

– Qeyd etdiyim kimi, komandada zədəli futbolçular var. Onların bu oyunda iştirak etməyəcəyini nəzərə alaraq, heyətin qurulmasında çətinlik yaşayırıq.

– “Səbail”in məqsədi Premyer Liqaya qayıtmaqdır. Bu missiyanın öhdəsindən gələ biləcəksiniz?

– Təbii ki, yarışa qoşulmuş komanda kimi hədəfimiz Premyer Liqaya qayıtmaqdır. Bunu komandada olan hər kəs yaxşı anlayır. Amma bu yarış uzun marafondur. Bizə vacib olan sonda istəyimizə çatmaqdır.

– Çempionluğa oynayan “Səbail”in hazırda 3-cü yerdə olmasının səbəbini nədə görürsünüz?

– Qeyd etdiyim kimi, yarışın sonunda məqsəd Premyer Liqaya qayıtmaqdır. Bunun çempionluq və ya pley-off vasitəsilə olacağı fərq etməz. Əsas məqsədə çatmaqdır.

– Birinci Liqanın hazırkı durumu ilə bağlı ümumi fikriniz necədir? Hazırda bu liqada nəyi ən böyük çatışmazlıq hesab edirsiniz?

– Birinci Liqanın özünəməxsusluğu var. Bu liqada daha çox birəbir mübarizə, uzun ötürmələr və bir neçə başqa amil ön plana çıxır. Standart vəziyyətlər də burada önəmli məsələdir. Çatışmazlıq isə futbolçuların professionallığı ilə bağlıdır. Buna səbəb kimi Premyer Liqa ilə müqayisədə Birinci Liqa komandalarının maliyyə dəstəyinin dəfələrlə aşağı olmasını deyərdim. Çünki bu liqada potensialı olan futbolçular var. Sadəcə, onların məşq bazalarına ehtiyacı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri