Icma.az
close
up
RU
Adil Şükürov niyə Bakıda təqdim olundu? “vaxt itirmək istəmədik”

Adil Şükürov niyə Bakıda təqdim olundu? “vaxt itirmək istəmədik”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bilindiyi kimi, “Kəpəz” yeni baş məşqçisi Adil Şükürovla müqaviləni Bakıda imzalayıb.

Bəzi gəncəli tərəfdarlar klub rəhbərliyinin yer seçimindən narazı qalıb. Onlar mərasimin doğma şəhərdə keçirilməli olduğunu, “sarı-göylər”in yanlış addım atdığını dilə gətirib.
Bəs buna nə səbəb olub? Klub mütəxəssisin təqdimat mərasimini niyə Gəncədə keçirməyə ehtiyac duymayıb?
Bu suallarla “Kəpəz”in Media və marketinq departamentinin direktoru Gəray Qiyasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“İki səbəb var. Birincisi, komanda istirahətə buraxılıb, yəni bazada deyil. İkincisi, klub hazırda Bakıda seleksiya işləriylə məşğuldu. Futbolçularla danışıqlar aparılır, seçimlər edilir. Bu üzdən Gəncəyə gedib-gəlməklə vaxt itirmək istəmədik. Çünki bunun üçün azı bir günə ehtiyac var idi. Həmçinin mərasim mediaya qapalı idi. Təqdimat 15-20 dəqiqə davam etdi. İmzalar atıldı, şəkillər çəkdirildi, sonra yenidən seleksiya işləri davam etdi. Baş məşqçi dəyişikliyi mövsüm ərzində, komanda Gəncədə olduğu vaxt baş versəydi, təqdimat mərasimi də Gəncədə olacaqdı. Onsuz da komanda istirahətdən qayıdandan sonra baş məşqçi doğma şəhərdə futbolçulara təqdim ediləcək”.

KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri