Icma.az
close
up
RU
Adil Şükürov: Qarşıdakı turlarda komanda daha da sürətli oyun nümayiş etdirəcək

Adil Şükürov: Qarşıdakı turlarda komanda daha da sürətli oyun nümayiş etdirəcək

Icma.az bildirir, sport24.az portalına istinadən.

Birinci Liqada çıxış edən "Səbail"in baş məşqçisi Adil Şükürovun Sport24.az-a müsahibəsi.

- Son turda "Cəbrayıl"ı məğlub etməklə, "Səbail"də baş məşqçi kimi ilk qələbənizi qazandınız. Oyunu necə şərh edərdiniz?
- Bu 3 xala çox böyük ehtiyacımız var idi. Allaha şükürlər olsun bu qələbəni bizə nəsib etdi. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Komanda olaraq çox çalışdıq. Məşqçi olaraq görmək istədiyimiz bəzi gedişlər var idi ki, onların ilkin siqnallarını gördük. Düşünürəm qarşıdakı turlarda komanda daha da sürətli oyun nümayiş etdirəcək.

- İlk oyun olsa da, komandadan istədiyinizi ala bildinizmi?
- Nəzərə alsaq ki, komanda ilə ilk oyuna çıxmışdıq, kollektiv ümumən fikirləşdiklərimizi meydanda həyata keçirməyə çalışdı. Heyətdə təcrübəli futbolçularımız var və bu oyunçularla qarşıya qoyulan məqsədə doğru gedəcəyik.

- Komandanın çempionluq şanısını necə dəyərləndirirsiz?
- Çempionat uzun marafondur. Bizə lazım olan bu marafonda ön sıralarda olmaqdır. Bunun üçün çox çalışmalıyıq. Çünki Premyer Liqa təcrübəsi olan futbolçular üçün Birinci Liqaya adaptasiya olmaq çətindir. Burada vacib məqam komandanı stabil oyunla çempionatın sonuna kimi maksimum optimal formada saxlamaqdır.

- Hazırkı heyət çempion olmaq üçün yetərlidir?
- Qeyd etdiyim kimi, komanda da Premyer Liqa təcrübəsi olan yetərincə futbolçularımız var. Sadiq Quliyev, Səbail Bağırov, Yusif Nəbiyev və Rəşad Əzizli kimi oyunçular hər biri lider olaraq meydanda qərar verib həyata keçirmək iqtidarında olan futbolçulardı. Heyətimizdə yaxşı gənc futbolçularımız da var ki, onların Premyer Liqada oynayıb daha çox təcrübə toplamağa ehtiyacı var.
- Növbəti tur "Şahdağ Qusar"la oyun var. Gözləntiləriniz?
- "Şahdağ Qusar" çox yaxşı komandadır. Onlar demək olar ki, bütün komandalarla mübarizə aparır. Hətta deyərdim ki, bəzi məqamlarda rəqiblərin üstəliyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Dekabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri