Icma.az
close
up
RU
Adil Şükürov: “Qonaqlar üçün süni örtükdə oynamaq həmişə çətin olub”

Adil Şükürov: “Qonaqlar üçün süni örtükdə oynamaq həmişə çətin olub”

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu tur maraqlı və gərgin keçdi. Bunun nəticəsidir ki, hakimlər 3 qırmızı vərəqə göstərdilər. Turlar örtükcə, oyunların əhəmiyyəti artır, gərginlik pik həddə çatır". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Misli Premyer Liqasının XXVI turunun oyunlarını şərh edən mütəxəssis qarşılaşmalar haqda bunları deyib:

"Araz Naxçıvan" - Qarabağ" oyunu xal baxımından meydan sahiblərinə daha vacib idi. Oyuna daha motivasiyalı çıxmışdılar. Bu, ilk dəqiqələrdən hiss olunurdu. "Qarabağ"ın isə oturuşmuş heyəti var. Gedişat çox çətin oldu. İkinci hissədə futbolçular arasında incident də yaşandı. Ağdamlılar qələbə qazanmaqla çempionluq yolunda inamla addımlayır.

"Şamaxı" - "Sabah" qarşılaşmasında "şirlər"ə xal daha vacib idi ki, Premyer Liqada qala bilsinlər. "Sabah" isə, daha çox fikirini kuboka yönəldib. Qonaqlar üçün süni örtükdə oynamaq həmişə çətin olub. "Şamaxı" oyuna istəkli başladı və layiqli qələbəsini qazandı".

"Zirə" - "Səbail" görüşündə favorit meydan sahibləri idi. 3 xal qazanıb, avrokuboklara vəsiqə verən yerini möhkəmləndirmək istəyirdilər. "Səbail" də oyuna yaxşı hazırlaşmışdı. Onlar layiqli mübarizə aparırdı. Sona qədər vuruşub, heç olmasa bir xal qazanmaq istəyirdilər. Ancaq istəklərinə çata bilmədilər.

"Sumqayıt" "Kəpəz" komandalarının xalları bərabər idi. Hər ikisi turnir cədvəlində təhlükəli zonadan çıxmağa çalışır. "Sumqayıt" bu oyuna son şans kimi baxırdı. İlk dəqiqələrdə bərabər oyun getsə də, sonradan "Sumqayıt" təşəbbüsü ələ aldı və layiqli qələbə qazandı.

Turun maraqlı oyunlarından biri "Neftçi" - "Turan Tovuz" qarşılaşması idi. "Neftçi" daha çox fikirini kuboka yönəldib. "Turan Tovuz"a üçün isə liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq istəyir. Hava şəraiti əlverişsiz, dumanlı idi. Tovuzlular 18-ci dəqiqədən bir nəfər azlıqda qalmasına baxmayaraq əsl xarakter göstərdi. Düzdür, ərazi üstünlüyü "Neftçi"də idi, təhlükəli hücumlar yaradırdı. Qonaqlar isə yaxşı müdafiə olundu. Onların üstün cəhətlərindən biri standart vəziyyətlərdir. Qərb təmsilçisi vacib bir xal qazandı".

Qeyd edək ki, martin 14-də Premyer Liqada XXVII tura start veriləcək. Turun ilk görüşündə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri