Adil Şükürov: Transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Kəpəz" hazırlıq matçında "Sumqayıt"a 162 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Mütəxəssis heyətin tam komplektləşmədiyini bildirib:
"Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















