Icma.az
close
up
RU
Adını Xocalıdan alan Aybükə “Düşünməzdim, qızım da 24 il sonra şəhid olacaq” FOTOLAR

Adını Xocalıdan alan Aybükə “Düşünməzdim, qızım da 24 il sonra şəhid olacaq” FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabr ayı gələndə bir çoxlarının yadına dərslərin başlanması, payızın sərin mehi düşür. Türkiyədə isə illərdir sentyabr adı şəhid Aybükənin adı ilə də qoşa çəkilir. 1994-cü ilin sentyabr ayında dünyaya gələn Aybükə cəmi 23 yaşında terrorun qurbanı olub.
Aybükə haqqında araşdırarkən onun adının tarixçəsi xüsusi ilə diqqətimizi çəkdi. 2017-ci ildə Türkiyədə terror qurbanı olan bu qızın adının Xocalı faciəsi ilə səsləşəcəyi isə ağlımıza gəlməzdi. 
Modern.az şəhid Aybükə Yalçının atası Sadık Yalçınla bu barədə həmsöhbət olub. 
"Heç düşünməzdim ki, 24 il sonra mənim qızım da bənzər taleyi yaşayacaq"
“Həyat yoldaşım Zəhra ilə 1993-cü ildə ailə həyatı qurmuşuq. Zəhra hamilə olduğu dövrdə televizorda Xocalı soyqırımını əks etdirən bir film izləyirdik. Filmdə kənddə yaşayan azərbaycanlı bir ailənin qızı çöldə oynayarkən, helikopterdən atılan oyuncağı görür. Uşağın sevinclə götürdüyü oyuncağın birində bomba yerləşdirilibmiş. O, oyuncağın əmziyini çəkən kimi partlayış baş verir. Anası "Aybükə" deyə qışqırıb çölə qaçır, amma təəssüf ki, balaca Aybükə orada şəhid olur. Mən gənclik illərimi böyük Turan idealının bir gün gerçəkləşəcəyinə inanaraq yaşadım. Övladlarımı "ana" deməyi öyrənmədən “Çırpınırdı Qaradəniz” musiqisini dinlədərək böyütdüm. Elə buna görə də qızımıza həmin şəhid balamızın xatirəsinə "Aybükə" adını verdik. Biz tərəflərdə uşağa verilən ada xüsusi önəm verirlər. Yeni doğulan uşağa başqasının adını verəndə həmin adamın cəmiyyətdə necə yer tutduğu, tanındığına diqqət edilir, inanca görə o adı daşıyacaq körpə də həmin yolu gedir. Mən qızıma şəhid adı verəndə onun da şəhid olacağını düşünməmişdim”, - deyə Aybükənin atası qeyd edir. 

Aybükə Yalçın 23 yaşında şəhid olmasına baxmayaraq qısa ömründə Xocalıda şəhid olan uşaqlarla eyni yaşda məktəblilərin təhsili üçün əlindən gələni edib. Atası onun həyat yolu ilə bağlı bəzi məlumatları bizimlə bölüşüb:

Aybükə 3 sentyabr 1994-cü ildə Ankarada dünyaya gəlib. Uşaqlıq illəri Etimesqut rayonunun Alsancak məhəlləsində keçib. İlk təhsilinə Etimesqut ibtidai məktəbində başlayıb və orta təhsilini də burada tamamlayıb. Hələ Etimesqutda oxuduğu illərdə başladığı musiqi fəaliyyətini davam etdirib. Musiqi müəllimi Mustafa Çakmak onun bu sahəyə marağını və istedadını görərək ailəsi ilə danışıb, Etimesqut Milli Təhsil Mərkəzində musiqi kurslarına yönləndirib.

Burada təcrübəli müəllim Naver Hoca ilə tanış olaraq musiqi təhsilinə başlayıb. Eyni zamanda Yaman Musiqi Evində gitara, saz və fleyta dərsləri alıb. 1,5 il davam edən musiqi təhsili müddətində şan, nota və səs hazırlığı üzrə də dərslər görüb.

Lisey təhsilini uğurla başa vurduqdan sonra universitet imtahanına girib və nəticələr açıqlandıqdan sonra etdiyi seçimlər əsasında Uludağ Universitetinin Maliyyə fakültəsinə qəbul olunub.

2012–2013-cü tədris ilində, yay semestrində Necmettin Erbakan Universiteti Ahmet Keleşoğlu Musiqi Təhsil Fakültəsinin keçirdiyi istedad imtahanında iştirak edərək uğur qazanıb. 4 illik təhsil dövründə müxtəlif musiqi fəaliyyətlərində iştirak edib. Çanaqqala Universitetinin müəllimi Mete hocanın yaratdığı “Yüz Səs Musiqi Xoru”na daxil olaraq konsertlərdə və tədbirlərdə çıxış edib, musiqi biliklərini artırıb.

Universitetin xalq oyunları qrupunun və “Köprü Aşıkları” Dərnəyinin üzvü olub. Bundan başqa, Türkiyə İzciler Federasiyasına bağlı olaraq Konya şəhərində fəaliyyət göstərən “Yarasa İzci Qrupu”nda üzvlük edib. Bu fəaliyyətləri Bülent Öztürk və Sevim Liderin rəhbərliyi altında davam etdirib. Göstərdiyi fəal iştirak nəticəsində uşaq və gənclərdən ibarət qrupa rəhbərlik edib imtahanını uğurla verib və rəsmi qrup lideri adını alıb. Federasiyanın təşkil etdiyi ənənəvi yay düşərgələrində iştirak edib. Həmin düşərgələrdən birinə sonradan “Şəhid Şenay Aybükə” adı verilib.
2016-cı ildə keçirilən KPSS imtahanına girərək musiqi sahəsi üzrə Türkiyədə 14-cü olub və müəllim təyinatı almaq haqqını qazanıb. O, fəaliyyətini Batman vilayətinin Kozluk rayonundakı Anadolu Liseyində musiqi müəllimi kimi davam etdirib.


Çox böyük həvəs və sevgi ilə başladığı müəllimlik həyatında qısa zamanda özünü fərqləndirib. Şagirdləri ilə qurduğu ünsiyyət, məktəbdə etdiyi fəaliyyətlərə görə məktəb direktoru tərəfindən nümunəvi müəllim kimi göstərilib.

Məktəbdə fəaliyyətə başlayandan qısa müddət sonra Aybükə təhsil müəssisəsində musiqi sinfi və musiqi alətlərinin olmadığını bildirib. Məsələ ilə əlaqədar bölgənin icra nümayəndəsi Orhan Aktürk ilə görüşərək məktəbin pianino ilə təmin edilməsini xahiş edib. Aktürk qısa zamanda belə bir tələb eşitdiyinə təəccüblənib və “Siz burda nə qədərdir işləyirsiniz?” – deyə soruşub. Aybükə müəllim isə “Hələ iki həftədir” – deyə cavab verib. Orham Aktürk ona “Müəllim, musiqi sinfini hazırla, bütün istəklərini yerinə yetirəcəyik, açılışı şəxsən mən edəcəyəm” – deyərək dəstəyini bildirib.

Qısa zamanda müxtəlif mənbələrdən piano əldə olunub və musiqi sinfi açılıb. Aybükə müəllim də hər ay maaşının bir hissəsini ayıraraq çatışmayan alətlərin alınmasına töhfə verib.
Qısa zamanda müxtəlif mənbələrdən piano əldə olunub və musiqi sinfi açılıb. Aybükə müəllim də hər ay maaşının bir hissəsini ayıraraq çatışmayan alətlərin alınmasına töhfə verib. Çox sevincli və məhsuldar bir tədris ilinin sonunda şagirdlərinə qiymət cədvəllərini paylayıb. Lakin evə dönüş yolunda, bələdiyyə sədrinə qarşı təşkil edilən terror hücumu zamanı onun maşını da atəşə tutulub. Yaralı halda xəstəxanaya çatdırılsa da,onun həyayını xilas etmək mümkün olmayıb və iyunun 9-u 2017-ci ildə şəhid olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri