Icma.az
close
up
RU
Adları futbolçu adıdı, özləri çayxana uşağı Aqil Abbas

Adları futbolçu adıdı, özləri çayxana uşağı Aqil Abbas

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Aqil Abbasın yazısını təqdim edir.

İllər öncə, yəni Sovet vaxtı Allahverdi Bağırov "Qarabağ"ın məşqçisi işləyəndə Bakıdan bir teleqram gəlir ki, respublika "Məhsul" idman cəmiyyəti rayonlararası yarış keçirir. Və məktubda qeyd edilir ki, bu oyunlar avqustun 5-i Bakıda indiki "Şəfa" stadionunda keçiriləcək, o vaxtkı adı yadımdan çıxıb. Və əgər yarışa komanda çıxartmasanız klubunuz cəzalanacaq.

Allahverdi qalır belə. Yay, bütün futbolçular ya Şuşada, ya Kəlbəcərdə, ya da Rusiyanın hansısa şəhərlərində həm gəzməyə, həm də alverə gediblər. Və həm də istəmir ki, komanda cəzalansın.

Gəlir Fazil müəllimin kinoteatrının arxasındakı çayxanaya. Baxır çoxlu cavan uşaqlar var, deyir:

- Kim futbol oynaya bilirsə əl qaldırsın.

15-16 nəfər qalxır ayağa.

Allahverdi Bağırov:

- Axşam yığışın İmarətə, iki gündən sonra gedəcəyik Bakıya futbol oynamağa. Bir həftə yeyib-içməyiniz də mənlik, qalmağınız da mənlik, uduzsaq da vecinizə almayın

Ayın 5-də eşitdik ki, Ağdam gəlib futbola, dostlar yığışıb getdik.

Onda Elbrus Abbasov "Neftçi"nin əsas hücumçusu, Saşa (Hüseyn Əhmədov) "Neftçi"nin əvəzedici heyətinin qapıçısı idi.

Getdik gördük ki, onlar da stadiondadı, hələ Adil Nadirov da eşidib gəlib.

Həə, oyun başladı. Saşa durub qapının arxasında qapıçıya harda dayanmağı, divarı necə qurmağı, küncdən gələn topa necə çıxmağı, hansı müdafiəçini hansı hücumçunun üstünə qoymağı tez-tez tapşırır, hətta gələn toplara qapının arxasından özü reaksiya verib sıçrayırdı.

Elbrus Abbasov hücumçulara çığırır:

- Topu filankəsə at, qapıya ötürmə elə, sol tərəf boşdu…

Və sair və ilaxır.

Adil Nadirov həmişə "Qarabağ"ın dispetçeri olmuşdu, o da yenə kənardan bağıraraq dispetçerlik edirdi. Maraqlı və gülməli bir oyun idi. Kənardan peşəkar futbolçuların verdikləri göstərişləri çayxanadan yığılıb gələnlər həvəslə yerinə yetirirdilər. Və həmin oyunda ağdamlılar qalib gəldi.

İndi həm yüksək liqada, həm də birinci liqada bəlkə 150-dən çox əcnəbi futbolçu var. Bir-iki klubu çıxmaq şərtilə, qalan komandaların əcnəbi futbolçularını elə bil Braziliyanın, Afrikanın və ya hansısa ölkənin çayxanalarından yığıb gətiriblər. Elə Allahverdi Bağırovun o vaxt Ağdamdakı çayxanadan yığıb gətirdiyi futbolçular kimi bir şeydi. Nə oyun qura bilirlər, nə də bir oyun göstərə bilirlər. Çoxu da mövsümün yarısından klubdan kənarlaşdırılır, təzminatını da ödəyib yola salırlar. Sadəcə olaraq, arada böyük pul oynayır, futbol yox ey, pul.

Bir ara "Neftçi"də rus futbol məktəbinin yetirməsi İqor Netto adlı əslən bir italiyalı məşqçi işləyirdi. Adı elə gurultulu səslənirdi ki, meydançaya çıxanda camaat onu ayaq üstə alqışlayırdı. Məşqçiliyini yox ey, adını. Əzəmətli İqor Netto – əzəmətli səslənir axı. İndi əcnəbi futbolçuların da adı çəkiləndə alqışlayırıq, yəni adları futbolçu adıdı, özləri çayxana uşağı.

Həsən Kürün son vəziyyəti - Açıqlama Dünyanın ilk qızıl pulu - 2500 illik tarix Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Mart 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri