Adnan Əhmədzadənin lüks avtomobillərinin görüntüləri yayılıb FOTOLAR
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu iddia edilən bəzi lüks avtomobillərin görüntüləri yayılıb.
"AzPolitika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Lamborghini”, “Rolls-Royce” və “Mercedes G-Class” kimi yüksək dəyərə malik markalar diqqət çəkib.
İddialara əsasən, avtomobillərin dövlət nömrə nişanları onun şəxsi telefon nömrəsinə uyğun olaraq (5455) seçilib. Bundan başqa, bahalı maşınların müğənni İlham Qədimovun adına rəsmiləşdirildiyi də bildirilir.
Məlumatlara görə, Əhmədzadənin Bakıda da bir neçə dəbdəbəli avtomobili olub. Onun 77-AA-555 nömrəli “Mercedes Maybach”ı idarə etdiyi, hətta məhz həmin avtomobildə saxlanıldığı qeyd edilir.
"AzPolitika.info"












Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















