Adnan Oktar iki cinayətdən bəraət aldı: Qadınların mənə olan sevgisi çox qısqanıldı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Adnan Oktarın da aralarında olduğu 16 nəfərlik məhkum qrupu barəsində "xüsusilə ağır dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları ilə İstanbul Anadolu Birinci Ağır Cəza Məhkəməsində yenidən baxılan iş üzrə qərar elan olunub.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmə Adnan Oktar da daxil olmaqla 13 müttəhimin əməlində cinayət tərkibi olmadığını əsas gətirərək onlara bəraət verib. Digər üç müttəhim isə üzərlərinə qoyulan ittihamların hüquqi əsaslarının mövcud olmaması səbəbilə bəraət alıblar.
Adnan Oktar daha əvvəl "rəsmi sənəddə saxtakarlıq", "sənədi pozmaq və yox etmək" və "qaçaqmalçılıq" ittihamlarından da bəraət qazanmışdı.
Məhkəmədə çıxış edən Oktar ona yönəlik ittihamların siyasi məqsədlərlə edildiyini iddia edib və qadınların ona olan sevgisinin qısqanıldığını bildirib.
"Türkiyədə sevgi problemi var, bunu hökumət həll edə bilməz. Mən göstərdim ki, dekolte geyinən, rəqs edən və şən insanlar da müsəlman ola bilər. Qadınların mənə olan sevgisi çox qısqanıldı", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 May 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















