ADNSU aviabiletlərə 159 min manat xərcləyəcək
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlər almaqla bağlı tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, dünyanın bir neçə ölkəsində keçiriləcək tədbirlərə qatılmaq üçün nəzrədə tutulmuş müsabiqənin qalibi “RR TRAVEL COMPANY” MMC olub.
Şirkətlə Universitet arasında əldə olunmuş anlaşmaya əsasən aviabiletlərin alınmasına 159 min manat xərclənəcək.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Xatırladaq ki, ADNSU-nun rektoru Rüfət Əzizovdur.
Fərda Uğur
Baxış sayı:51
Bu xəbər 15 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















