Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ADNSU da 7 ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başladı FOTO

ADNSU da 7 ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başladı FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib. “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılışında ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması, gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.
ADNSU rektoru qeyd edib ki, “RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konfransın ümumi sədri, professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.
 

Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev “İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.


London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri, professor İlan Kelman “Seçim nəticəsində fəlakət: ‘Təbii fəlakətlər’ niyə nadir hallarda mövcuddur” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.
Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru, professor Uey Kuo “Təmiz enerji və davamlılıq” mövzusunda çıxışında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. O, davamlı enerji istehsalının həm iqtisadi, həm də ekoloji sabitliyə təsirini elmi faktlarla əsaslandırıb.
Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor, Bax Tan SİNH “Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti” mövzusunda çıxışında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərə diqqət çəkib. O, hökumət səviyyəsində riskə adaptasiya siyasətinin formalaşdırılmasının vacibliyini qeyd edib.
İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri “İtaliyada böyük bəndlərin risk yönümlü istismarı” adlı məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.
Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub.
Üç gün davam edəcək “RİSK-2025” konfransının ikinci günündə “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də “Texnoloji risklər və davamlı inkişaf” mövzularında müzakirələr aparılacaq.














Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri