Icma.az
close
up
RU
ADNSU da maaşlar artırıldı: Digər universitetlər nə düşünür?

ADNSU da maaşlar artırıldı: Digər universitetlər nə düşünür?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor-müəllim heyətinin əməkhaqları artırılıb.

Bakıvaxtı.az xatırladır ki, bununla bağlı ADNSU-nin Elmi Şuranın növbəti iclasında qərar qəbul olunub.

Universitetdə əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də tətbiq olunur. 2025-ci ildə 270 nəfər bu sistemdən faydalanıb.

Bəs, görəsən, Azərbaycandakı digər universitetlər professor-müəllim heyətinin maaşının artırılması ilə bağlı nə düşünür?

Bakıvaxtı.az məsələ barədə bir sıra universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Texniki Universitetindən (AzTU) saytımıza bildirilib ki, universitet hər zaman müəllimlərin rifahını diqqət mərkəzində saxlayır:

"Hər il akademik heyətin maaşlarında artım olur. Yaxın günlərdə belə bir qərar olduqda ictimaiyyətlə bu xəbəri bölüşəcəyik".

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Bakıvaxtı.az-a deyilib ki, 2024-cü ilin dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb:

"Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olub. Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edib".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) sorğumuza cavab olaraq bildirilib ki, bu haqda hələ məlumat yoxdur:

"Lakin müəyyən dövrdən bir təbii ki, akademik və inzibati heyətin əməkhaqqılarında artımlar edilir".

Bakı Mühəndislik Universitetindən (BMU) qeyd edilib ki, ötən tədris ili ərzində əməkhaqqı siyasəti üzrə müvafiq artımlar həyata keçirilib:

"Bu ilə gəldikdə isə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunmağa başlayıb. Həmin müasir modelin əsas məqsədi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, müəllimləri elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb etmək, akademik heyət arasında sağlam elmi rəqabəti gücləndirmək, eləcə də universitetin insan kapitalının inkişafına və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir. Təbii ki, bununla yanaşı, növbəti dövr ərsində də bu sitiqamətdə addımlar atılacaq".

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) isə sorğumuza cavab verilməyib.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri