Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

ADNSU da rektor Vazeh Əskərov qalmaqalı 33 illik dosent faktları açıqladı

ADNSU da rektor Vazeh Əskərov qalmaqalı 33 illik dosent faktları açıqladı

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ətrafında qalmaqal getdikcə böyüyür.
Bu barədə Tribunainfo.az-a danışan 33 illik dosent Zümrüd Qurbanova bir çox faktları açıqlayıb.

Zümrüd Qurbanovanın söylədiklərini olduğu kimi təqdim edirik:

“2013-2016-cı illərdə Azərbaycan Dillər Universitetində məsul vəzifələrdə çalışmış, “hansı səbəbdənsə” öz ixtisasına uyğun profilli universitetini tərk edərək Mustafa Babanlının ADNSU-ya rektor təyin edildiyi dövrdə, yəni 2016-cı ildə Universitetin nəzdində olan UFAZ-a icraçı direktor vəzifəsinə gələn dos. Vazeh Əskərov 2023-cü ilin iyul ayının 13-də sabiq rektorun işdən azad edildiyi zaman Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə ADNSU-nun yeni yaradılmış strateji məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və ona rektor vəzifəsinin icrası tapşırılmışdır. Elə həmin zamandan Vazeh Əskərov öz strategiyasını yüksək ixtisaslı və elmi pedoqoji göstəriciləri olan müəllim və əməkdaşları müxtəlif bəhanələrlə universitetdən uzaqlaşdırmaq istiqamətində qurmuşdur. Onun rəhbərliyi müddətində bildiyimə görə 20-dən çox əməkdaş ya xitamla, ya da məcburi şəkildə öz ərizələrilə işdən çıxarılmışlar. Bu işdə cənfəşanlıq edənlər onun ətrafında fəaliyyət göstərən, vaxtilə sabiq rektoru da çirkin əməllərilə məhv edən, özləri isə sudan quru çıxan vəzir-vəkillərdir. Onlar öz əməllərini yenə də davam edir, pisliklərini qəbul etməyən və etiraz edən müəllim və əməkdaşları planlaşdırdıqları yolla universitetdən uzaqlaşdırır, əvəzində onlarla bir arada olan qeyri-ixtisasçıları işə qəbul edir. Sual olunur: Bununla Vazeh Əskərov Universiteti məhv etməyəmi çalışır??? Axı texniki savadı və təcrübəsi olmayan insan nədən öz əməkdaşlarını tanımadan belə intriqalara qol qoyur? Yoxsa, o, ətrafındakı canavarların onu da parçalaya biləcəyindən qorxur. Fəaliyyət göstərdiyi müddətdə Vazeh Əskərov şəxsən əməkdaşlarının problemləri ilə maraqlanmamış, universitetdə baş verən qarşıdurmaları araşdırmağa və alternativ həll yollarını tapmağa heç təşəbbüs də göstərməmişdir. O, ancaq gözdən pərdə asaraq arabir müəllim və əməkdaşlara cüzi miqdar mükafat verərək süni reytinq qazanmaqla, sosial şəbəkələrdə özünü reklam etməklə, sabiq rektorun yaratdığı və təməlini qoyduğu yenilikləri ( dərs yükünün azaldılması, əlavə maaşın verilməsi, yeni laboratoriyalar, karyera mərkəzi və layihələrin idarə olunma məsuliyyəti isə öz üzərindən ataraq kollektivə yönəltmişdir. Kollektiv adı altında isə təşkil olunmuş fəaliyyət göstərmişlər. Onun idarəçiliyinin zəifliyi üzündən son iki ildə universitetdə özbaşınalıq, rüşvətxorluq, himayədarlıq, ailə çətəsi fəaliyyəti, yerlipərəstlik, qeyri- əxlaqi hərəkətlər baş alıb gedir və qarşısı alınmır. Hətta makler – müəllimlər öz əməllərinə yenidən start vermiş, əllərində siyahı qapı-qapı gəzib maddiyyət əsasında uşaq tapşırmaq , qayıb və kəsrləri sildirməklə məşğuldurlar və buna nəzarət edən də yoxdur.
Bütün bu əyri işlərin başında duran və təşkil edən Universitetin İnsan Resursları Departamentinin müdiri İlduzə Hüseynovadır. Yaratdığı ailə çətəsi və işbazlar komandasının köməyi ilə İlduzə Hüseynova vəzifə səlahiyyətlərindən sui – istifadə edərək universitetdə bütün işləri istədiyi kimi ( şərləyib işdən çıxartma, yeni işçilərin maddi və mənəvi əsaslarla işə götürülməsi) həll edir, əməkdaşları gözdən salmaq üçün rektor əvəzinə yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nailiyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur. İlduzə Hüseynova sabiq rektorun dövründən qalan şəxsi intriqalarının da hesabını aparır (kürəkəninin sabiq rektor tərəfindən işdən kənarlaşmasına görə). Universitetin əməkdaşlarının (adlarını açıqlamaq olar) qeyri-qanuni işdən çıxarılmasında onun və kürəkəninin böyük əməyi vardır. İlduzə Hüseynovanın kürəkəni-Salman Salmaovun həm onun, həm də rəhbərliyin cüzdanı olmasını və qeyri- etik əməllərlə məşğul olduğunu bütün universitet bilir. İşə düzəlmək istəyən varsa buyursun Salmanı görsün.
01.04.2024-cü il tarixində, növbəti iş günündə dərsdən çıxdığım zaman prorektor Qasım Məmmədov mənə telefon edib Ulduza Hüseynovanın tapşırığını- yəni qəfil olaraq işimə xitam verildiyini məlumatı verdi. Elə həmin tarixlə İlduzə Hüseynova öz işçilərində ibarət bir komissiya təşkil edərək guya dəfələrlə mənə xəbərdarlıq etsələr də mən əmək kitabçamı götürmədiyim üçün yenə qanun pozuntusu edərək həmin gün kuryerlə eviməə göndərmişdir (sübutum var). Ertəsi gün mən rəsmi olaraq rektor əvəzinin qəbuluna yazılsam da Salman Salmanov və onun əlaltısı, rektorun katibəsi olan Müqəddəs Əzizli orada şou göstərərək mənim içəri girməyimə mane olmaq istədilərsə də ola bilmədilər. Vazeh Əskərov isə sanki əməkdaşından qorxurmuş kimi bütün vəzir- vəkili ilə sonda məni qəbul etdi. Bu görüşdə o özünü rektora yaraşmayan tərzdə apararaq İlduzə Hüseynovanın yalanlarını təkrar etdi. Mən öz əşyalarımı götürmək üçün universitetə gəldikdə İlduzə Hüseynovanın göstərişi ilə məni universitetdə axtarışa vermişlər ki, oradan çıxartsınlar. İndi görün ki, o cür möhtəşəm universitet kimlərin əlində oyuncaq olmuşdur.
Bildirmək istəyirəm ki, Ulduzə Hüseynova ailəlikcə Universitetdə yerləşib, onun ailə üzvündən dördü( özü,qızı, kürəkəni və həyat yoldaşı) Universitetdə çalışır. İşsiz olan həyat yoldaşını da Universitetdə ( SMİİYİ-də) işə düzəldib. Özü isə pensiya yazı keçsə də elmi dərəcəsi olmadan dərs deyir. Hansı qanunla? Digər işçilər bir və ya iki aylıq müqaviləylə bütün el- əqrəbası (kürəkəni və yaxın ətrafı ) müddətdiz müqaviləylə çalışırlar.
Mən dəfələrlə Vazeh Əskərovun şəxsi elektron poçtuna “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri Yunis Qəhrəmanlının mənə qarşı etdiyi haqsızlıqlar və “pərdəarxası” məkrli işləri haqqında məlumat verərək tədbir görməsini xahiş etsəm də o bu işi İlduzə Hüseynovanın ümidinə buraxmış, sonuncu isə səlahiyyətlərini aşaraq məlumatları yaxın əlaqədə olduğu, qruplaşmanın üzvü olan və Y. Qəhrəmanlının bütün çirkin əməllərini təşkil edib həyata keçirən, dərs yükünün bölünməsi ilə qanunsuz şəkildə və maddiyyat əsasında məşğul olan, yaşı 70-dən çox keçən, yüksək təhsil səviyyəsi olmayan laborant Almaz Qurbanova vasitəsilə Yunis Qəhrəmanlıya ötürmüş, bunu İlduzə Hüseynovanın nəzərinə çatdırdığım üçün mənimlə düşmən olmuş, mənə qarşı əks seçki kompaniyası yaratmışdır. Almaz Qurbanova bütün işləri Y.Qəhrəmanlının tapşırığı ilə gizli şəkildə aparır (dərs yükünün bölünməsi, iclas protokollarının saxtalaşdırılması, özəl müəllimlər üçün sərbəst iş qrafiki, uzun müddət işə gəlməyənləri ört- basdır etmək və s.)
O ki, qaldı Yunis Qəhrəmanlının mənimlə intriqaya girməsinə, bunun əsas səbəbi 7-8 il öncə sabiq rektor M. Babanlı tərəfindən kafedraların yenidən formalaşdırılması zamanı tanışlıq əsasında ixtisasına uyğun olmayan “Kimya və qeyri üzvi maddələrin texnologiyası” kafedrasına müdir təyin edilməsilə təhsil qanununa zidd olaraq buraxdığı kobud səhvlər üzündən( sadalamaq olar) 2018-ci ildən onunla aramızda müxtəlif vaxtlarda və müxtəlif səbəblərdən münaqişələrin baş verməsi və get-gedə dərinləşməsi, ayrı-ayrı vaxtlarda yaratdığı kompaniyasının köməyi ilə mənə şər- böhtan atması, təhdid və təzyiq göstərməsidir. Hətta keçmiş təlim- tərbiyə işləri üzrə prorektor Ata Babayevlə birləşərək kafedrada mənə məhkəmə qurmuş, müəllimləri mənə qarşı əks yönəlməyə və məni kənarlaşdırmağa çalışmışdır. Buna nail olmadıqda öz ətrafına bir sıra insanları toplayaraq və onlara müxtəlif vədlər verərək mənə qarşı kompaniya təşkil etmişdir. Bu insan kafedranı neçə illərdir ki, ancaq intriqalar, qruplaşmalar, gizli sözləşmələr, şəxsi qərəzlik, xüsusi adamlara xüsusi münasibət şəraitində idarə edir. Sabiq rektor bu məsələni həll etmək üçün məni müvəqqəti başqa kafedraya keçirmiş, lakin bu da Qəhrəmanlını sakitləşdirməmiş, dərs yükünü yerinə yetirməyə, nazirliyin imtahanıi ilə dərs dediyim “Sabah “ qruplarında dərs aparmağa imkan verməmişdir. Qəhrəmanlı bəzi müəllimləri öz himayəsinə götürmüş ( məs atasının iş yazdığı aspirant və doktorantı, iclaşlarda video çəkib şərçilik edəni, pensiya yaşı ötmüş,dərsdən başqa hər cür şər işlə məşgul olan, əvəzində isə əlavə maaşla mükafatlandırılan və s), onların dəstəyi ilə mənə qarşı kompaniya təşkil etmişdir. Məlumdur ki, müəllimlərlə müqavilə seçki nəticələrinə görə 5 illik bağlanır. 17.01.2024-cü ildə mən də daxil olmaqla kafedranın 10 müəlliminin 5 illik müqavilə müddəti başa çatmışdır. Uzun illər (48 il ) fasiləsiz olaraq eyni bir müəssisədə qüsursuz fəaliyyət göstərməyimə və müqaviləmin müddətsiz bağlanmalı olmasına baxmayaraq (Əmək qanunvericiliyinə görə), İlduzə Hüseynova planlı şəkildə bir aylıq deyil, qəsdlə iki aylıq müqaviləyə məcburi qol çəkdirmiş, məqsədli və hesablanmış şəkildə müsabiqənin keçirilmə tarixini də gecikdirmiş (bunu tabeliyindəki işçilərin işi çatdırmaması ilə əlaqələndirmiş), işsiz qaldığım halda qanunvericiliyin tələblərinin kobud şəkildə pozmaqla müsabiqə keçirmişdir, İlduzə Hüseynova və Y. Qəhrəmanlı bu iki ay müddətində kənardan, öyrədilmiş, analıq məzuniyyətində olan, heç bir iş təcrübəsi olmayan bir insan tapıb müsabiqəyə sənəd verməsini təşkil etmişlər.
Təhsil nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 2.1;3.4; və3.9 –cu bəndlərinə əsasən müsabiqədə iştirak edən hər bir namizədin əvvəlcə müvafiq kafedranın iclasında peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənililməli və müzakirə edilərək müvafiq qərar qəbul edilməli, hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi fakültə elmi şurasına təqdim edilməlidir. Hər hansı bir əxlaqi qüsurlara, əmək intizamını pozana, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyənə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülmədikdə müəllimlər rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir.
Lakin bu halların heç biri məndə olmamış, kafedra müdiri əvvəlcədən planlaşdırdığı kimi müsabiqədə iştirak üçün verdiyim ərizəyə dərkənar qoymamış, “mənim yanıma gəlməsin”demiş, mənə əsaslandırılmış rəy verməmişdir. Bu barədə kafedranın protokolu ilə tanış olunmasına icazə verilməmişdir. Ümumiyyətlə mənim heç bir sənədim seçki üçün elmi katib tərəfindən qəbul edilməmiş, nə seçkidən əvvəl, nə də seşki günü kafedrada heç bir müzakirə olmamışdır. Bəs onda seçki necə keçirilmişdir? Müzakirə olunmuş olsaydı müsabiqədə yeni iştirak edən şəxsin hansı “üstünlüklərinə”, elmi nailiyyətlərinə görə 10 müəllim içərisində məhz məndən üstün olması və məni əvəz etməsi məlum olardı, həm də bu adam birbaşa dosent keçirilməzdi ki, bu da ciddi qanun pozuntusudur, seçki günü isə kafedra müdirinin dediyi kimi” hamı bir-birini tanıyır, müzakirəyə ehtiyac yoxdur, keçək səsverməyə” göstərişi ilə hərəkət edilməzdi. Müəllimin pedoqoji fəaliyyəti müzakirə olunmadığı halda hansı qanuni əsasla məhz mənim- Z. Qurbanovanın- elmi -pedoqoji fəaliyyətim mənfi qiymətləndirilərək guya müsabiqədə səs toplaya bilmədiyim iddia edilmişdir. Bildirirəm ki, müsabiqənin heç bir şərtinə əməl edilmədən, əlində səlahiyyət olan bir sıra işbazların (Qasım Məmmədov və elmi katib Nərminə Əliyeva da daxil olmaqla) iradəsi və təkidi ilə keçirilməsi onun nəticələrinin saxta olmasına sübutdur.
21.06.2024 tarixindən etibarən ölkə prezidenti İlham Əliyev cənablarına, I vitse Prezident Mehriban xanım Əliyevaya, Elm və Təhsil Naziri Emin Əmrullayevə teleqram və məktublarla müraciət etmişəm. Ölkə rəhbərliyi tərəfindən müraciətlərimlə əlaqəli adiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yönəldilmiş tapşırıqlara (ümumilikdə 7 dəfə) laqeyd qalaraq heç bir tədbir görülməmiş, cavab verilməmiş, əks tərəfə yönəldilərək mənə gözləməyi təklif etmiş və ” Universitetin yiyəsi Vazeh Əskərovdur, biz onun işinə müdaxilə edə bilmərik” demişlər. Əvəzində isə mən ADNSU-nin rektor əvəzi Vazeh Əskərovun imzası,Y.Qəhrəmanlı və İ Hüseynovanın dəsti xətti ilə yazılmış (ardı-ardıya iki gün fərqi ilə: 09.07.2024 və 11.07.2024) xəbərnaməli məktublar almışam. Təəcüblüdür -şikayət olunan tərəfin mənə birbaşa cavab ünvanlaması hansı qanuna əsaslanır və nə dərəcədə düzdür? Bu onu sübut edir ki,Təhsil Agentlyi Vazeh Əskərova işləyir. Belə nəticə çıxır ki, Dövlətin Təhsil müəssisəsinin etibar edildiyi şəxs onu öz mülki hesab edir, istədiyi pozuntulara yol verir, uzun müddət orada təhsilə can qoyan insanlar bundan əziyyət çəkməli olurlar. Agentliyin sədri Ülkər Səttarovanın qəbuluna yazılmaq isə ( 4 dəfə cəhd etməyimə baxmayaraq) Prezident Administrasiyasında qəbula Vazeh Əskərovun trolları “Universiet ən yaxşı müəllimləri müsabiqə yolu ilə tədrisə cəlb edir” dedikdə kimi nəzərdə tutur? Maddiyyət əsasında işə götürülənlərimi? Trollar şikayətlərimin məhkəmədə təmin olunmadığını yazırlar. Ancaq onu başa düşmürlər ki, məhkəmə öz vicdanı ilə deyil, universitetin rəhbərliyinin təsiri altında bu qərarı vermiş, vəkilimin vəsatətlərinə laqeyd qalmışdır. Universitet tərəfindən olan və heç bir şeydən xəbəri olmayan “cox savadlı vəkil” Fərrux Hüseynov hüquqi funksiyalarına əməl etmək əvəzinə öz çıxışlarını İlduzə Hüseynovanın telefona yazdırdığı göstərişlərinə əsasən qurmuş svə məhkəmədə qazandığı süni qalibiyyəti ilə fəxr etmişdir. Ay yazıq vəkil , sən özün nə gündəsən ki, bir aylıq müqavilə ilə işləyirsən. Budur Universitetin rəhbərliyinin əsl iç üzü!!!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri