Icma.az
close
up
RU
ADNSU nun yeni rektoru köhnə komanda ilə işləyəcəkmi?

ADNSU nun yeni rektoru köhnə komanda ilə işləyəcəkmi?

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) rektor təyin edilib.

Tribunainfo.az xəbər verir ki, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində böyük işlər görərək, universitetin adını dünya reytinqlərinə qaldırmağı bacarıb.

Sosial şəbəkələrdən də göründüyü kimi, Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetindən getməsini tələbələr böyük ürək ağrısı ilə qarşılayıblar.


Redaksiya olaraq biz Rüfət Əzizovu təbrik edir, ona bu çətin, şərəfli işində müvəffəqiyyət, tükənməyən enerji arzulayırıq. Ümid edirik ki, tarixi keçmişə malik, illər boyu bütün dünyada təhsili, elmi nəaliyyətləri, görkəmli alimləri ilə tanınan bu elm ocağının bir qrup elmə yaraşmayan məişət adamlarının, bazar alverçilərinin, xəbis insanların əlindən xilas edəcək, haqq-ədalət bərpa olunacaqdır. Yeni rektor indi elə bir əhatəyə düşüb ki, bu universiteti imperiya quran şəxslərdən qurtarmalıdır.
ADNSU-nun müəllim və professor heyətinin saytımıza ünvanladığı əvvəlki müraciətlərdə qeyd edilirdi ki, artıq bütün universiteti ailə çətəsinə çevirən İnsan Resursları Departamentinin müdiri İlduzə Hüseynova və kürəkəni Salman Salmanov təhsil ocağında at oynadıblar. Adi laborantdan tutmuş müəllimə, kafedra müdirinə, dekana qədər hər biri üçün məzənnə təyin edilmiş, xoşları gəlməyən savadlı kadrları şərləyərək işdən çıxarmış (hətta qanunsuz şəkildə imtiyazları olanları), əvəzində rüşvət alaraq universitetə yeni, savadsız, təcrübəsiz, ixtisası uyğun olmayan kadrlar yığmışlar. Bu əməlləri tək deyil, kafedra müdirləri, dekanların köməyindən istifadə edərək həyata keçirmiş, hər cür hiyləyə əl atmış (məsələn seçkiyə, dializ xəstəsinin aşağı təhsili olmasına və s.) halbuki İlduzə Hüseynovanın öz komandasında və ya digər şöbələrdə universitetin profilinə tam əks olan diplomlu və ya diplomsuz, atestatla işləyən işçilər mövcuddur. İlduzə Hüseynovanın himayə etdiyi kafedra müdirindən birini misal gətirmək olar: məs. kafedra müdiri Yunis Qəhrəmanlının özbaşınalıqları yerə-göyə sığmır: baza ixtisası əczaçı olan Tibb Universitetini bitirmiş insan texnoloji proseslərdən və s. dərs deyir, ingilis dilində bir kəlmə bilməyən “müəllimi” ingilis dili qrupu tələbələrinə diplom rəhbəri təyin edir, atasının “rəhbərlik” etdiyi aspirantı müəmmalı şəkildə dosent keçirir və ona bütün səlahiyyətləri verir, yaşı 70-i ötən laboranta dərs yükünün bölünməsini həvalə edir, o da bunu maddiyyat əsasında yerinə yetirir.

Bütün bunları İlduzə Hüseynova idarə edir, özü isə pensiya yaşını keçsə belə, elmi dərəcəsi olmadığı halda Energetika fakültəsində dərs deyir. Gələcəyə savadlı kadr yetişdirən, adlı-sanlı bir universitetin tələbələri bu gün savadsız bir fironun əli ilə uçuruma yuvarlanır. Kürəkəni Salman Salmanov isə uzun müddət rədd edilsə də yalnız Vazeh Əskərovun dövründə hansı yollasa 4-5 aydır ki, nəhayət müdafiə edib, dərs deyir. Onun ailə üzvündən dördü ( özü, qızı, kürəkəni və həyat yoldaşı) elmi dərəcəsi olmadan Universitetdə müəllim kimi çalışırlar. Məhz buna görə də son iki ildə (Vazeh Əskərovun dövründə) Ulduzə Hüseynova və kürəkəni Salman Salmanov öz maddi vəziyyətlərini inanılmaz dərəcədə yüksəltmişlər ki, adi maaş alan bir işçinin bunlara nail olması qeyri- mümkündür. Hətta Salman Salmanovun əlaltısı, sağ əli olan Müqəddəs Əzizzadə belə, Universitetdə mühüm vəzifələri daşıyır, dərəcəsi olmadığı halda iqtisadiyyatdan dərs deyir və yüksək maaş alır: Protokol xidmətinin rəhbəri; Rəqəmsal İnkişaf və İnnovasiya mərkəzinin imtahanlara nəzarət bölməsinin rəhbəri, həmçinin də rektorun köməkçisidir.
Eyni zamanda bu şöbədə elmi dərəcəsi olmayan, müdafiə etməyən bir neçə işçiyə də dərs demək səlahiyyəti verilib. Hansı ki, onların dərs demək hüququ yoxdur. Bu vəzifələrindən istifadə edərək Salman Salmanovla birgə imtahan qiymətlərinin dəyişdirilməsi, qayıbların silinməsi, balların artırılması kimi fırıldaqları həyata keçirmiş, tələbələrə hədə-qorxu gəlmiş və s. yaramaz hərəkərləri etmişlər. İlduzə Hüseynova isə institutda baş verən, hətta onun kürəkəni tərəfindən də edilən qeyri-etik hərəkətləri ört-basdır etməklə məşğuldur.
İlduzə Hüseynova artıq elə bir qüvvəyə sahib olmuşdur ki, əmək müfəttişliyinə, məhkəmələrə də əl uzadır, səbəbsiz yerə işsiz qoyduğu müəllimlərin başqa universitetlərdə işləməsinə birbaşa və dolayısı ilə mane olur. Onun əlləri xərçəng kimi hər yerə çatır.
Universitetin rəhbərliyi dəyişsə belə, “ağacı qurd içindən yeyər” deyib atalarımız. Universitetdə köklü şəkildə dəyişikliklər edilməli, günahsız və səbəbsiz yerə işdən çıxarılan alimlər, dosentlər, savadlı kadrların haqqları bərpa olunmalıdır.
Hörmətli rektorun nəzərinə çatdırmaq istəyirik ki, Universitetin tərəqqi və rifah mərhələsinə yüksəlməsi üçün rüşvətxorluq, özbaşınalıq ocaqları təmamilə məhv edilməlidir, əks halda heç bir inkişafdan söhbət belə gedə bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri