Icma.az
close
up
RU
ADNSU QS dünya reytinqində yüksək nəticə əldə edib FOTO

ADNSU QS dünya reytinqində yüksək nəticə əldə edib FOTO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq ali təhsil məkanında tarixi uğura imza atıb.

Moderator.az xəbər verir ki, universitet 2027-ci il üzrə QS Dünya Universitetlər Reytinqinin nəticələrinə əsasən, qlobal reytinqdə 711–720-ci yer aralığında qərarlaşıb və bu göstərici ADNSU-nun indiyədək QS dünya reytinqində əldə etdiyi ən yüksək nəticədir. ADNSU ötən ilki QS Dünya Universitetləri Reytinqində 851–900-cü yer aralığında qərarlaşmışdı. Yeni nəticəyə əsasən, universitet qlobal miqyasda təxminən 180 pillə irəliləyərək dünyanın aparıcı ali təhsil müəssisələri sırasında mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Onu da qeyd edək ki, ADNSU bu nəticə ilə Cənubi Qafqazda mühəndislik profilli ali təhsil müəssisələri arasında birinci yerə yüksəlib.

Bu nəticə universitetin son illərdə həyata keçirdiyi sistemli islahatların, təhsil keyfiyyətinin artırılması, elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və sənaye ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində aparılan ardıcıl işlərin mühüm göstəricisidir.

Universitetin ən böyük irəliləyişlərindən biri “İşəgötürənlər arasında reputasiya” göstəricisi üzrə qeydə alınıb. Bu istiqamətdə ADNSU 685-ci yerdən 477-ci yerə yüksəlib. Sözügedən göstərici işəgötürənlərin universitet məzunlarının hazırlıq səviyyəsi və əmək bazarına uyğunluğu ilə bağlı qiymətləndirmələrini əks etdirir. Bu nəticə ADNSU məzunlarına sənaye və işəgötürənlər tərəfindən etimadın artdığını, universitetin tədris proqramlarının əmək bazarının real tələblərinə uyğun inkişaf etdiyini nümayiş etdirir. 

ADNSU “Məzunların məşğulluq nəticələri” göstəricisi üzrə də mövqeyini yaxşılaşdıraraq 391-ci yerdən 368-ci yerə yüksəlib. Bu göstərici məzunların əmək bazarındakı uğurlarını, karyera qurmaq imkanlarını və cəmiyyətə töhfə vermək potensialını ölçür. Nəticə universitetin yüksək ixtisaslı, rəqabətqabiliyyətli və sənayenin ehtiyaclarına cavab verən kadrlar hazırlamaq istiqamətindəki strateji yanaşmasını təsdiqləyir. 

Tədris mühitinin keyfiyyətini əks etdirən “Müəllim-tələbə nisbəti” göstəricisi üzrə də ciddi irəliləyiş əldə olunub. ADNSU bu istiqamətdə 208-ci yerdən 172-ci yerə yüksəlib. Bu göstərici tələbələrə göstərilən akademik dəstəyin, professor-müəllim heyətinin əlçatanlığının və tədris prosesinin keyfiyyətinin yüksəldiyini göstərir. 

Beynəlmiləlləşmə istiqamətində də ADNSU-nun mövqeləri güclənib. “Beynəlxalq akademik heyət” göstəricisi üzrə universitet 456-cı yerdən 376-cı yerə, “Əcnəbi tələbələr” göstəricisi üzrə isə 851-ci yerdən 736-cı yerə yüksəlib. Bu nəticələr ADNSU-nun beynəlxalq akademik mühitdə tanınmasının artdığını, xarici tələbə və müəllimlər üçün cəlbediciliyinin gücləndiyini, həmçinin qlobal tərəfdaşlıq və mobillik imkanlarının genişləndiyini göstərir. 

Son üç ildə ADNSU QS dünya reytinqində ən sürətli yüksəlişlərdən birini nümayiş etdirib. Universitet 2024-cü ildə 1201–1400-cü yer aralığından 2027-ci ildə 711–720-ci yer aralığına yüksələrək regionda ali təhsil sahəsində dinamik inkişaf nümunəsi ortaya qoyub. 

ADNSU-nun rektoru dosent Rüfət Əzizov bildirib ki, bu nəticə universitetin tələbələri, müəllimləri, tədqiqatçıları, əməkdaşları, məzunları və sənaye tərəfdaşlarının birgə əməyinin nəticəsidir: “Bu nailiyyət məzunların məşğulluğu, təhsilin keyfiyyəti və beynəlmiləlləşmə istiqamətlərində əldə etdiyimiz irəliləyişlərin beynəlxalq səviyyədə təsdiqidir. Reytinqlər bizim üçün son məqsəd deyil, lakin universitetin qlobal rəqabət qabiliyyətinin və transformasiya prosesinin mühüm göstəricisidir. Bu nəticə bizi daha güclü tədqiqat universitetinə çevrilmək yolunda yeni hədəflərə ruhlandırır.”

Qeyd edək ki, ADNSU son illərdə elmi-tədqiqat potensialının artırılması, beynəlxalq ikili diplom və tərəfdaşlıq proqramlarının genişləndirilməsi, tələbə və akademik heyət mobilliyinin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, innovativ akademik proqramların inkişafı və sənaye ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri