Icma.az
close
up
RU
ADNSUda özbaşınalıq ənənəsini Mustafa Babanlı qoyub Etibar Əliyev

ADNSUda özbaşınalıq ənənəsini Mustafa Babanlı qoyub Etibar Əliyev

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Bir qrup müəllim və işçi heyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən qanunsuzluqlarla bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən deputat Etibar Əliyev bildirib ki, bir az keçmişə qayıdaq. ADNSU-nun keçmiş rektoru Mustafa Babanlı müəllimlərə qarşı həddindən artıq saymamazlıq edib. Nə qədər adamı işdən çıxarırdı. Hətta deyirdi ki, kim hara şikayət edir etsin. Bu universitetdə özbaşınalıq ənənəsini Mustafa Babanlı quyub.

Deputatın sözlərinə görə, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərovu Fransız Universitetində rektor olandan tanıyıram. O, kifayət qədər ziyalı və mədəni adamdır. Rektoru əvəz edir və belə kəskin addımlar atmamalıdır.

“Sual yaranır ki, müəllimi nə üçün işdən çıxarırlar. Yaş məsələsini də vurğulamaq lazımdır. Mən bunu ilk dəfə sizə deyirəm. Dünyanın aparıcı universitetlərində 90 yaşına qədər alimlər, məsləhətçi professorlar çalışırlar, dərs deyirlər. Fiziki cəhətdən imkanları çatırsa o müəllimlərə toxunmurlar. Onlar gənclərdən də artıq səviyyədə müasir texnologiyalarla dərs keçirlər. Hansısa müəllimin birdən-birə işdən çıxarılmasının qətiyyən əleyhinəyəm. ADNSU spesifik universitetdir. Orada mütəxəssis hazırlanır. İndiki dövrdə mütəxəssis hazırlığı çox çətindir.

Bunu nəzərə almaq lazımdır. Universitetdə ailə çətəsi qurmaq, yerlipərəstlik, ruspərəstlik yolverilməzdir. Mən kəskin şəkildə əleyhinəyəm. Universitet çox həssas təchizatdır. Çünki orada gələcəyin mütəxəssisləri hazırlanır. Çox təəssüflər olsun ki, bizim bir çox universitetdə belə hallar açıq şəkildə müşahidə olunur. Hətta mən ad da çəkə bilərəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu hallar var. Özəl ali məktəblərin hamısı ailə universitetləridir. Sanki bu bir həqiqətə çevrilib ki, özəl məktəblərin, ali məktəblərin rektorları qohumlarını, övladlarını vəzifələrə çəkməlidirlər. Bu qarşısıalınmaz bir prosesə çevrilib.

Bunun qarşısını almaq mümkün deyilmi? Nə təklif edərsiniz?

Bunun qarşısını almaq üçün ictimai nəzarətin güclənməsini, eyni zamanda ali məktəb müəllimlərinin bu proseslə bağlı sosial şəbəkələrdə onlar öz münasibətlərini bildirməlidirlər ki, onların səsi Elm və Təhsil Nazirliyinin rəhbərliyinə çata bilsin.
ADNSU-nun fəlsəfə kofedrasından bir müəllim mənə açıq məktub yazmışdı. Onu da qanunsuz şəkildə Mustafa Babanlı işdən çıxarmışdı. Qadın psixi sarsıntı keçirib xəstəlik tapmışdı bu haqsızlığa görə. Həmin qadın Təhsil Nazirliyinə 30-dan çox məktub ünvanlayıb. Bunların heç birinə baxılmayıb. Quruma rəhbərlik edən ali məktəblərə, akademiyanın institutlarına Elm və Təhsil Nazirliyi hər bir, hətta xadimənin də ərizəsi baxılmamış qalmamalıdır. Mən düşünürəm ki, Elm və Təhsil Nazirliyi təcili olaraq buna müdaxilə etməlidir. Vazeh müəllim bu problemlərin qarşısını almalı həmin müəllimlərin hüquqlarını bərpa etməlidir”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri