Icma.az
close
up
RU
ADNSUda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

ADNSUda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. 

Moderator.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin 100 illiyinə həsr olunmuş film nümayiş olunub. 

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tədbir iştirakçılarını salamlayaraq dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və milləti qarşısında misilsiz xidmətlərindən söz açıb, o, dahi şəxsiyyətin bir vaxtlar ADNSU-da təhsil aldığını qeyd edib. Ölkəmizin məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, parçalanmaqdan və xaosdan xilas olduğunu qeyd edən dosent Vazeh Əskərov Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu müstəqilliyin qorunub saxlanıldığını, müasir Azərbaycan dövlətinin ildən-ilə inkişaf etdiyini   və torpaqlarımızın işğaldan azad olunduğunu bildirib.

“Humanitar fənlər” kafedrasının dosenti Yaşar Əhmədov çıxışında Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdən, bu zaman ölkdə baş verən siyasi hadisələrdən danışaraq dahi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. 

Sonda Neft-mexanika fakültəsinin (NMF) tələbəsi Sənan Hüseynov çıxış edərək Ümummilli liderin həyat və fəaliyyətinin onun həyatının tədqiqat sahəsinə çevrildiyini deyib. Ulu Öndərin həyatını araşdırarkən onun bütün sahələrdə, o cümlədən gənclər siyasətinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri